"Baş məşqçi özü mənə təklif elədi ki, götür bu siqareti çək, rahat ol” - VİDEO

Azərbaycan millisinin keçmiş müdafiəçisi Mahir Şükürov “CBC Sport” telekanalında yayımlanan “3-cü hissə” verilişində qonaq olub.
 
Karyerası ərzində müxtəlif klublarda çıxış etmiş və son olaraq uzun illər oynadığı “Neftçi”nin formasını geyinmiş sağ cinah müdafiəçisi maraqlı açıqlamalar verib.

Mahir “Azərbaycanda müstəqillik dövrünün ən yaxşı futbolçusu Rəşad Sadıqovdurmu?” sualını da cavablandırıb. O bu fikirlə razılaşmadığını bildirib:
 
“Oynadığım hər yerdə - istər xaricdə, istərsə də, Azərbaycanda özümü həmişə ən yaxşı saymışam. Müstəqillik dövrünün ən yaxşısı kimi Rəşadı seçmək isə məncə, yanlışdır. O gəlib mənim mövqeyimdə, mən də onun yerində oynaya bilmərəm.
 
Hərə öz mövqeyində ən yaxşı seçilməlidir. Kamran Ağayev var, Vaqif Cavadov var, Qurban Qurbanov və s. Mən, məsələn, öz mövqeyimdə həmişə özümü hamıdan yaxşı hesab edirəm. Bizim vaxtımızla indini müqayisə etsək, bu gün millinin sağ cinahı çox zəifdir”.

Futbolçunun ən maraqlı etirafı isə siqaret çəkməsi ilə bağlı olub: “Bəli, futbolçu olanda da siqaret çəkirdim. Dünyada futbolçuların əksəriyyəti çəkir. Çəkirdim də, oynayırdım da. “Karşıyaka”da olanda baş məşqçi Yusuf Şimşək özü təklif edirdi ki, götür çək, rahat ol”.

 

Tarix: 12 Yanvar [20:00]
Oxunub: 183 dəfə
Müəllif: Aut.az

Sumqayıtda "Topaz" işçisini öldürənlər - VİDEO

Aut.az

“Qarabağ”dan tarixi uğurla bağlı təsirli paylaşım - VİDEO

Aut.az

Neymarın cangüdəni UFC döyüşündə nokautla uduzdu - VİDEO

Aut.az

Belə zədələnən futbolçu görmüşdünüz? - VİDEO

Aut.az

Nasimovdan dubl, Nasimovdan dubl, "Keşlə" "Qarabağ"ı məğlub etdi - VİDEO

Aut.az

Ruhin Əliyevin yetirmələrindən növbəti qələbə - VİDEO

Aut.az

Musa Qurbanlıdan SUPER QOL - VİDEO

Aut.az

Əlini sıxmadı - FOTO/VİDEO

Aut.az

“Hoffenhaym” - “Lion” 3:3 - VİDEO

Aut.az

"Dedovşina" - VİDEO

Aut/az