"Keşlə" iki futbolçunu yola saldı

"Keşlə” komandası "Qaradağ Lökbatan”la yoxla matçında sınadığı futbolçulardan ikisi barədə qərar verib.

Paytaxt təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi görüşdə iştirak edən Məhəmməd Qurbanovla Ruslan Cəfərov baş məşqçi Yuri Maksimovun etimadını doğrultmayıblar. Bu səbəbdən hər iki futbolçunun xidmətinə ehtiyac duyulmayıb.

Həmçinin Seymur Əsədovla İdris Musluyevin yola salınacağı gözlənilir. Əvəzində kamerunlu Herve Tçami və serbiyalı Nemanya Stoyanoviçlə müqavilə bağlanılması planlaşdırılır.

Qeyd edək ki, "Keşlə” qış fasiləsində Kamran Ağayev, Vaqif Cavadov, Məqsəd İsayev və argentinalı Pablo Podionu heyətinə cəlb edib.

Tarix: 12 Yanvar [13:30]
Oxunub: 128 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az