“Neftçi”nin sabiq hücumçusu karyerasını bitirdi

“Neftçi”nin sabiq hücumçusu Vladimir Voskoboynikov futbolçu karyerasını bitirib.
 
O, 34 yaşında butslarını mismardan asmaq qərarına gəlib. Voskoboynikov bundan sonra əvvəllər şərəfini qoruduğu “Levadiya”nın akademiyasında idman direktoru kimi çalışacaq. Bu barədə məlumatı klubun saytı yayıb.
 
Xatırladaq ki, Voskoboynikov 2009/10 mövsümündə “Neftçi”nin şərəfini qoruyub. O, “ağ-qaralar”ın heyətində ümumilikdə 11 oyun keçirib, 1 qol vurub. Estoniyalı sabiq hücumçu karyerası ərzində Bakı təmsilçisindən başqa, “Eupen”, “Brussels”, “Torpedo” (Moskva), “Ximki”, “Dinamo” (Tiflis), “Luç Energiya” kimi komandalarda da top qovub. Onun son çıxış etdiyi klub Estoniya “İnfonet”i olub.
2007-2013-cü illər aralığında Estoniya yığmasının da şərəfini qorumuş Voskoboynikov, millidə keçirdiyi 36 oyunda 4 qol vurub.
 

 

 
Tarix: 12 Yanvar [12:50]
Oxunub: 153 dəfə
Müəllif: Aut.az

Bordinlə Abasov qovuldu

Aut.az

Maksim Medvedevin durumuna aydınlıq gəldi

Aut.az

Azərbaycan millisindən biabırçı məğlubiyyət

Aut.az

Ünal Karamandan Ramil Şeydayev açıqlaması

Aut.az

Emin Abbasov yeni vəzifədə

Aut.az

"Qarabağ" – "Arsenal" oyununa nə qədər bilet satılıb?

Aut.az

"Sabah" "Səbail"ə, "Neftçi" "Zirə"yə qarşı - BU GÜN

Aut.az

"Azərbaycanda kazino olmadığı üçün özümü sakit hiss edirdim"

Aut.az

SOS: Azərbaycan çempionatında “danışılmış oyun”? - FOTO

Aut.az

Reytinq: “Qarabağ” “Milan”ı və “Valensiya”nı qabaqladı

Aut.az