“Qarabağ”ın ulduzları qış tətilində - FOTOLAR

Premyer Liqa klublarının qış fasiləsinə ayrılmasından sonra ölkəmizdə olan legioner futbolçular vətənlərinə qayıdıb.
Aut.az “Qarabağ”ın bəzi futbolçularının istirahətindən paylaşdığı fotoları təqdim edir.
Ansi Aqolli
35 yaşlı albaniyalı futbolçu Seyşel adalarında ailəsi ilə birgə istirahətə yollanıb.

Donald Gerrye
Haitili yarımmüdafiəçi ailəsi ilə birlikdə vətənindədir. İnstaqram hesabını aktiv şəkildə istifadə edən 28 yaşlı futbolçu Cənubi Amerikada ilin ən yaxşı yarımmüdafiəçisi seçildikdən sonra sıx şəkildə yerli mediada görünməyə başlayıb.

Riçard Almeyda
28 yaşlı braziliyalı yarımmüdafiəçi də istirahətini ailəsi ilə birgə doğma vətənində keçirmək qərarına gəlib.

Pedro Enrike
PAOK klubundan icarə əsasında “Qarabağ”da forma geyinən braziliyalı yarımmüdafiəçi həyat yoldaşı və kiçik qızı ilə birlikdə vətənində istirahət edir. Tətilindən çox foto paylaşmasa da, dostları və vətəni üçün çox darıxdığını bildirir.

Dino Ndlovu
Cənubi afrikalı hücumçu da digər legionerlərdən fərqlənməyib və istirahət üçün CAR-a yollanıb. Yeri gəlmişkən, vətənində Dino Ndlovudan bəhs edən kitab çap edilib. Kitabda onun uşaqlığından və karyerası ərzində yaşadıqlarından danışılıb.

İbrahim Şehiç
Bosniya və herseqovinalı qapıçı anası ilə birlikdə dekabrın 23-də keçirilən “El Klassiko”nu tribunadan izləmək üçün Madrid şəhərinə yollanıb. Hazırda da tətilini orada davam etdirir.

BONUS - Millilər
Ramil Şeydayev
Türkiyənin “Trabzonspor” icarəyə götürülən 21 yaşlı hücumçu tətilini Rusiyanın Sankt-Peterburq şəhərində keçirir. O, istirahət günlərində də ağır məşqlərinə davam edir.

Mahir Mədətov
Son günlər adı “Beşiktaş” klubu ilə sıx şəkildə hallanan milli futbolçumuz tətil üçün Rusiyanın Moskva şəhərinə yollanıb.
Tarix: 29 Dekabr [12:30]
Oxunub: 111 dəfə
Müəllif: Aut.az

DÇ-2018: Dünya çempionatının ən seksual fanatı - FOTOLAR

Aut.az

Rusiyada göz qamaşdıran İran gözəlləri - FOTOLAR

Aut.az

DÇ-2018:Məşhur müğənnidən açılış mərasimində TƏRBİYƏSİZ JEST - FOTO

Aut.az

DÇ-2018-in elçisi gözəlliyilə hamını heyran edir - FOTOLAR

Aut.az

DÇ-2018: Məşhur ifaçı Açılış mərasimində - FOTOLAR

Aut.az

70 yaşlı almaniyalı azarkeş bütün dünyanı təəccüb içində qoydu - FOTOLAR

Aut.az

Messiyə DÇ-də bu təyyarə xidmət edəcək - FOTOLAR

Aut.az

Məşhur futbolçu həyat yoldaşını lüt paylaşdı - FOTOLAR

Aut.az

Millimizin üzvü seksual çarx çəkdirdi - FOTOLAR

Aut.az

"Qəbələ"nin keçmiş futbolçusundan aliment tələbi - FOTOLAR

Aut.az