Millimizin sabiq futbolçusunun oğlu ilin oyunçusu seçildi

Azərbaycan milli komandasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Gürcüstanda ilin oyunçusu seçilib.
 
Xviça Kvaratsxeliya 17 yaşadək futbolçular arasında bu ada layiq görülüb.
 
Tbilisi "Dinamo”sunun formasını geyinən 16 yaşlı yarımmüdafiəçi yeni təsis edilən Aleksandr Çivadze adına qızıl medalla təltif olunub. Medalı ona A.Çivadze ilə GFF-nin prezidenti Levon Kobiaşvili təqdim ediblər. O həmçinin 5 min lari (təqribən, 3 min manat) mükafat alıb.
 
2000/2001 mövsümündə "Turan”da çıxış etmiş Varlam Kilasoniya isə ilin məşqçisi seçilib. O, hazırda Rustavi "Metallurq"una rəhbərlik edir.
 
Qeyd edək ki, "Kəpəz” və "Şəmkir”in sabiq futbolçusu olan Badri Kvaratsxeliya 2000-ci ildə Azərbaycan millisinin heyətində 3 oyuna çıxıb. Veteran hücumçu 1999/2000 mövsümündə "Şəmkir” forması ilə vurduğu 16 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.

Millimizin sabiq futbolçusunun oğlu ilin oyunçusu seçildi

Tarix: 28 Dekabr [21:20]
Oxunub: 40 dəfə
Müəllif: Aut.az

Neymar qısa müddətdə "Real"a transfer olunacaq - İDDİA

Aut.az

2,7 milyon bəyənmə - FOTO

Aut.az

Futbolda ən savadlı adamlardanam, ancaq...

Aut.az

ÇL-də həftənin ən yaxşı futbolçusu bəlli oldu

Aut.az

UEFA-dan “Qalatasaray”a BƏD XƏBƏR - YOXLAMALAR BAŞA ÇATDI

Aut.az

"Qalatasaray"da loqo qalmaqalı

Aut.az

Avroliqada 1/8 finalın püşkü atıldı

Aut.az

Millinin yeni baş məşqçisi müəyyənləşdi

Aut.az

UEFA Avroliqanın rəmzi komandasını açıqladı

Aut.az

"Real" 101 milyonluq ulduzunu satışa çıxardı - 190 milyona satır

Aut.az