Anar Məmmədovun külli miqdarda borcu var: kütləvi istefalar başladı

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu Azərbaycan Qolf Federasiyasında kütləvi istefalar davam edir. AQF-nin təlimçisi Emin Zeynalov, baş katibi Nigar Süleymanovadan sonra daha bir üzvü qurumdan uzaqlaşıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, AQF-nin marketinq şöbəsinin direktoru Gülzar Quliyeva da federasiyanı tərk edənlər siyahısındadır. Belə ki, uzun müddətdir işçilərini maaş üzünə həsrət qoyan federasiya rəhbərliyi rəsmi şəkildə fəaliyyətini dayandırmaqla bağlı qərarlarını yaxın zamanda nazirliyə bildirəcək. Məlumatda bildirilir ki, qurumun işçilərinə külli miqdarda borcu var.
Federasiya bu "yükün” öhdəsindən gələ bilməyəcəyi üçün belə bir addım atmaq niyyətinə düşüb. Məlumatda o da bildirilir ki, hazırda qeyri-rəsmi şəkildə fəaliyyətini dayandıran AQF-nin inzibati binasını "toz basıb”. Ofisə demək olar ayaq basan yoxdur.
Məsələ ilə bağlı AQF-nin marketinq şöbəsinin direktoru Gülzar Quliyeva federasiyadan istefa verməsi xəbərini təsdiqləyib. Quliyeva artıq bir müddətdir ki, qurumdan uzaqlaşdığını diqqətə çatdırıb.
Tarix: 18 Dekabr [18:20]
Oxunub: 108 dəfə
Müəllif: Aut.az

Şahmatçılarımızdan heç-heçə

Aut.az

Olimpiya Komitəsi sədrinin müavini oğurlandı

Aut.az

Əzizovun növbəti döyüşü

Aut.az

Azərbaycanda 18 milyon manatlıq Olimpiya İdman Kompleksi yaradıldı

Aut.az

Türkiyəli idmançı bir ilki bacardı

Aut.az

Dmitri Kramarenkonun qızı Bakıda qalib oldu

Aut.az

Ən çox qazanan futbolçu və baş məşqçi bəlli oldu

Aut.az

Azərbaycanlı boksçu "Çelsi"nin sabiq qapıçısı ilə döyüşəcək - FOTO

Aut.az

İranlı qadın ağırlıqaldıranlar ilk dəfə beynəlxalq yarışda

Aut.az

Ramil Şeydayev "Qarabağ"da qalacaq?

Aut.az