“Qarabağ” Polşa çempionatında oynasa, lider olardı” – Jezniçak

“Qarabağ”ın polşalı legioneri Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib. O, bir sıra maraqlı məqamlara toxunub.

Jezniçak “Qarabağ”ın Azərbaycanda hər kəs üçün qürur mənbəyi olduğunu deyib:

“Qarabağ”ın mənşəyi hər fürsətdə vurğulanır. Bu hamı üçün qürur mənbəyidi. Hər kəs sevinir ki, Qarabağı təmsil edən komanda bu uğurları qazanır. Ermənistanla Azərbaycan arasında müharibə başlamazdan əvvəl komandanın qərargahı Ağdamda olub. İndi ora getmək təhlükəlidi”.

Təcrübəli müdafiəçi Azərbaycandakı adət-ənənələrdən, İslam dinindən danışıb:

“Günümüzün planına təsir edən İslam dini ilə maraqlanmışam. Bütün təlimlər günorta və ya axşam keçirilir. Çünki müsəlmanlar gündə 5 dəfə dua edirlər. Gecə yarısı və səhər də bunu edirlər. Yaxşı ki, çox ağır yatıram. İbrahim Şehiçlə eyni otaqda qalırıq. O, səhər saat 4-ə qədər yatmır. “Playstation” oynayır. Yalnız namazdan sonra yuxuya gedir”.

Yakub klubdaxili vəziyyət və baş məşqçi Qurban Qurbanov haqda bunları deyib:

“Komandada atmosfer əladı Baş məşqçimiz Qurban Qurbanov münaqişəyə imkan verməz. O, böyük nüfuza sahibdi. Qurbanov çox tələbkardı, nadir hallarda gülür, intizam ilk növbədədi. Təlimlərdə çox gərgin deyil. Həm də intensiv məşqlər keçmirik. Yanvarın 9-dan fevralın 4-nə kimi təlim-məşq toplanışında olacağıq. Ümid edirəm ki, dözəcəm.”

Jezniçak “Qarabağ” Polşa çempionatında oynasaydı, çempion ola bilərdimi?” sualını belə cavablandırıb:

“Bu yaxınlarda eyni sualı azarkeşlərdən biri mənə verdi. Cavabım isə belə oldu: “Qarabağ” hazırki vəziyyətdə Polşa çempionatının lideri olardı. Amma bir il əvvəl “Legiya” daha güclü idi”.
Tarix: 18 Dekabr [16:10]
Oxunub: 108 dəfə
Müəllif: Aut.az

Qəhrəman Əliyev: "Bura böyük axın var, hamı görür ki…"

Aut.az

Birinci divizionda daha 3 oyunun hakimləri bilindi

Aut.az

Azərbaycan Premyer Liqası: Təyinatlar açıqlandı

Aut.az

"Sabah"dan darmadağın, "Şüvəlan" xal itirdi

Aut.az

“Qarabağ”ın futbolçusu: “Qızımı dodağından öpdülər, virusa yoluxub öldü”

Aut.az

Yığmamız Rusiyaya uduzdu

Aut.az

Oyun bir daha göstərdi ki, çox işləməliyik - Azər Məmmədov

Aut.az

Yığmamız Gürcüstana məğlub oldu

Aut.az

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi - FOTO

Aut.az

Bacarığı şişirdilən, böyük vəzifələrə layiq bilinməyən Elxan Məmmədov

Aut.az