Azərbaycan Premyer Liqasında ilin ən yaxşısı

Azərbaycan Premyer Liqasında 2017-ci ilin ən yaxşı komandası müəyyənləşib.

Aut.az xəbər verir ki, 2016/17 mövsümünün ikinci, 2017/18 mövsümünün ilk yarısının nəticələrində “Qarabağ” hamını arxada qoyub.
 
Qurban Qurbanovun yetirmələri il ərzində keçirdiyi 28 qarşılaşmanın 21-də, yəni 75 faizində qalib gəlib. Yalnız 3 dəfə uduzan ağdamlılar cəmi 14 top buraxması ilə də hamıya nümunə olub.
 
Məhsuldarlıqda isə “Qəbələ” fərqlənib. 2017-ci ilin 3-cü komandası olan Roman Qriqorçukun yetirmələri “Qarabağ”dan 15 xal geri qalsa da, daha çox qol sevinci yaşayıb. “Qırmızı-qaralar” 46, Ağdam klubu 45 dəfə rəqib qapılarına yol tapıb.
 
“Qəbələ”ni cəmi 2 xal üstələyən “Zirə” 2017-ci ildə topladığı xalların sayında ikincidi. Qəsəbə təmsilçisi də 40-dan artıq qol vuranlardandı.
 
Ümumiyyətlə isə bitməkdə olan ildə 9 klub yüksək dəstədə çıxış edib. Onlardan ikisi – AZAL və “Səbail” 1, digərləri isə 2 mövsümün yarım hissələrində iştirak edib. İl ərzində Premyer Liqada 112 matç baş tutub ki, azarkeşlər də 263 qola şahid olublar. Orta məhsuldarlıq 2,348-ə bərabərdi. (Apasport)
 
1 Qarabağ 28 21 4 3 45-14 67
2 Zirə 28 15 9 4 41-22 54
3 Qəbələ 28 15 7 6 46-28 52
4 Sumqayıt 28 11 5 12 32-34 38
5 Neftçi 28 11 3 14 32-31 36
6 Kəpəz 28 8 4 16 24-43 28
7 Keşlə 28 7 5 16 27-45 26
8 Səbail 14 4 1 9 9-21 13
9 AZAL 14 0 2 12 7-25 2

 

 

 
Tarix: 18 Dekabr [16:05]
Oxunub: 97 dəfə
Müəllif: Aut.az

Qəhrəman Əliyev: "Bura böyük axın var, hamı görür ki…"

Aut.az

Birinci divizionda daha 3 oyunun hakimləri bilindi

Aut.az

Azərbaycan Premyer Liqası: Təyinatlar açıqlandı

Aut.az

"Sabah"dan darmadağın, "Şüvəlan" xal itirdi

Aut.az

“Qarabağ”ın futbolçusu: “Qızımı dodağından öpdülər, virusa yoluxub öldü”

Aut.az

Yığmamız Rusiyaya uduzdu

Aut.az

Oyun bir daha göstərdi ki, çox işləməliyik - Azər Məmmədov

Aut.az

Yığmamız Gürcüstana məğlub oldu

Aut.az

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi - FOTO

Aut.az

Bacarığı şişirdilən, böyük vəzifələrə layiq bilinməyən Elxan Məmmədov

Aut.az