Qapıçısı hakimi inandırmaq üçün and içib - Azərbaycanda

Kəsra Mehdipur: “Çəkindiyim hücumçu yoxdu”
Futzal üzrə ölkə çempionatının debütantı “Marafon” uğurlu çıxışla diqqəti çəkir. Elşad Quliyevin komandası lider “Araz”a özünü zirvədə rahat hiss etməyə imkan vermir. Debütantın bu uğurunda iranlı qapıçı Kəsra Mehdipurun əməyi az deyil. Təcrübəli “çərçivə qoruyucusu” son turda “Ekol” üzərində qazanılan qələbədən sonra Futzal Federasiyasının rəsmi “feysbuk” səhifəsinə müsahibə verib.
- “Ekol”la oyun yetərincə gərgin alındı, hətta mübahisələr də oldu. Qarşılaşmanın bu şəkildə keçməsi nəyin nəticəsi idi?
- Maraqlı oyun alındı. Əsas da birinci hissə çox gərgin keçdi. Hətta fasiləyə heç-heçə ilə yollandıq. Komandalar güc olaraq bir-birinə yaxın idi. Bu amil oyuna marağı, qələbə qazanmaq istəyi isə gərginliyi artırmışdı. 
- Xüsislə də rəqibin vurduğu ikinci qol qeydə alınan zaman çox əsəbləşdin. Nəyə etiraz edirdin?
- Hakimə dedim ki, rəqib topu autdan birbaşa qapıya vurmuşdu. O da dedi ki, top qapıya daxil olmamış sənin əlinə dəydi. And içdim, dedim, Allah haqqı dəyməmişdi. Referi sonra sozünü dəyişdi və topun yolüstü oyunçulardan birinin ayağına dəydiyini dedi. Buna görə əsəblərimə hakim ola bilmədim. Düzdü, etirazımız heç nəyi dəyişmədi və qol qeydə alındı. 
- Ən yaxın izləyicinizlə xal fərqini artırdız. Özünüzü ikinci pillədə necə hiss edirsiz?
- Həqiqətən də yaxşı oyunlar keçiririk. Meydanda var gücümüzü qoyuruq ki, qələbə qazanaq. Hələ ki işlərimiz yaxşı gedir. Çalışmalıyıq ki, qalan oyunları da udaq və fasiləyə yüksək yerdə yollanaq. 
- Mövsümün yarılanmasına 4 tur qalıb. Bütün komandalarla qarşılaşmısız. Çempionatın səviyyəsi səni qane edir?
- Oyunlar gərgin keçir. Güc baxımından komandalar bir-birinə yaxındı. Əvvəlcədən kimin qalib gələcəyini bilmək olmur.Sürpriz nəticələr kifayət qədərdi. 
- Debüt ilində “Marafon”un bu qədər diqqət mərkəzində olacağını gözləyirdin?
- Klub rəhbərliyinin bizdən gözləntiləri çoxdu. Çünki biz bu ölkədə legionerik. Elə etməliyik ki, etimadı doğrulda bilək. Komandanın çıxışını isə sürpriz saymaq olmaz. Yaxşı hazırlıq keçmişik, heyət formalaşıb, şəraitimiz yüksəkdi, rəhbərlik komandaya hər cür qayğı göstərir, ona görə də nəticələrimiz uğurlu alınır. 
- Hansı komandanın oyununu bəyənirsən?
- “Xəmsə” çox yaxşı oynayır. Onların problemi nəticəni qoruya bilməmələridi. Baxırsan ki, meydanda güclərini qoyurlar, zəhmət çəkirlər, ancaq hər dəfə qazandıqları üstünlüyü ikinci hissədə əldən verirlər. Lakin üzərlərində heç bir təzyiq yoxdu deyə, çox rahat, sərbəst çıxış edirlər. 
- Çempionatımızda şəkindiyin hücumçu var?
- Açığı, belə hücumçu yoxdu.
Tarix: 18 Dekabr [15:40]
Oxunub: 47 dəfə
Müəllif: Aut.az

FIFA DÇ-2018 üçün AFFA-ya pulsuz bilet ayırmadı

Aut.az

"Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı

Aut.az

"Xəzər"dən ayrılan iranlı "Sabah"la müqavilə bağladı!

Aut.az

Millimizin oyununda 5 qol

Aut.az

Baş məşqçi Xama Billiatın "Qarabağ"a mümkün keçidinə münasibət bildirdi

Aut.az

Ruslan Əmircanov “Səbail”də - Rəsmən

Aut.az

CAR klubu "Qarabağ"ın təklifini qəbul etdi

Aut.az

"Neftçi"nin prezidenti mayda başqa vəzifəyə keçəcək?

Aut.az

Yığmamıza BƏƏ-dən oyunçu qoşuldu

Aut.az

Millimizin sabiq üzvü "Sabah"da

Aut.az