Ronaldo karyerasını bitirmək istədiyi klubu açıqladı

"Real"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo kariyerasını bu komandada bitirmək istədiyini dilə gətirib.
 
Klub televiziyasına açıqlama verən futbolçu "Motivasiyam hələ də yüksəkdir. Kariyeramı "Real"da bitirmək istəyirəm deyib.
 
Lakin futbolçu bildirib ki, bu təkcə ondan asılı məsələ deyil: "Klubun rəhbəri mən deyiləm. Məndən asılı olan bacardığımın ən yaxşısını etməkdir. Meydanda öz işimi görürəm və bunu yaxşı bacardığımı düşünürəm".
 
23 dekabrda baş tutacaq "El Clásico" barədə danışan 32 yaşlı ulduz futbolçu qələbəyə inanır: "Ümid edirəm ki, "Barcelona"ya qalib gələcəyik. Oynadığımız futboldan zövq almağa çalışırıq. Hər ötən gün daha çox etibar qazanır, özümüzü inkişaf etdirir və daha asan nəticə əldə edirik".
 
O, həmçinin klublararası dünya çempionatında Braziliyanın "Qremio" klubunu 1:0 hesabı ilə məğlub etdiklərinə görə xoşbəxt olduğunu qeyd edib: "Real" daha əvvəl eyni ildə 5 kubok qazanmamışdı. Bu nəticə üçün meydana böyük motivasiya ilə çıxdıq və təsiredici nailiyyət qazandıq".
Tarix: 17 Dekabr [15:20]
Oxunub: 61 dəfə
Müəllif: Aut.az

Almaniya millisinin üzvü “Bavariya”da - FOTO

Aut.az

Türkiyə Kuboku: millimizin üzvü "Beşiktaş"a rəqib oldu

Aut.az

Azarkeş kimi şəkil çəkdirdi, 10 il sonra komanda yoldaşı oldu - FOTO

Aut.az

Türkiyə 2024-cü il Avropa Futbol Çempionatına ev sahibliyi üçün “Birlikdə paylaşaq” DEDİ

Aut.az

Hakimlər Komitəsinin sədri dəyişdi

Aut.az

“Barselona” daha bir futbolçu ilə müqavilə bağladı - FOTO

Aut.az

Prandellini qovdular

Aut.az

Ərtoğrul Sağlam Təbrizdə - FOTO

Aut.az

"Real"dan iki super transfer: 210 milyon avro

Aut.az

"Qalatasaray" Niassenin transferini yekunlaşdırır

Aut.az