Messi 18 yaşlı qızın xəyallarını gerçək etdi - FOTO

“Barselona”nın ulduz siması Lionel Messi Suriyanın Hələb şəhərindən Almaniyanın Köln şəhərinə qədər gəlib çıxan suriyalı qaçqın Nuyen Mustafanın xəyallarını gerçək edib.
Təxminən 5 min kilometr yol qət edərək Almaniyaya qədər gedən gəncin həyat hekayəsini britaniyalı jurnalist Kristina Lamb qələmə alaraq kitab şəklində dərc edib. N.Mustafa məhz bu kitabdan sonra məşhurlaşmağa başlayıb.
“Barselona”nın qatı azarkeşi olan qaçqın qızın ən böyük xəyalı isə sevimli klubunu ziyarət etmək olub.
Klubun üzvlərinə məxsus avtobus gənc azarkeşin evinə qədər gedib və onu İspaniyaya aparıb. O, “Barselona”nın evi “Kamp Nou” stadionunda komandanın “Selta” ilə keçirdiyi matçı canlı olaraq izləyib. Daha sonra ona arxasında öz adı yazılan “Barselona” forması hədiyyə edilib. Matçdan sonra L.Messi, C.Pike, A.İnyesta və L.Suarez ilə fotolar çəkdirib və formasını imzaladıb. Futbolçulara imzalı kitabını hədiyyə edən N.Mustafa həyatının ən gözəl gününü Messinin sayəsində yaşadığını deyib.
Tarix: 17 Dekabr [14:40]
Oxunub: 54 dəfə
Müəllif: Aut.az

Almaniya millisinin üzvü “Bavariya”da - FOTO

Aut.az

Türkiyə Kuboku: millimizin üzvü "Beşiktaş"a rəqib oldu

Aut.az

Azarkeş kimi şəkil çəkdirdi, 10 il sonra komanda yoldaşı oldu - FOTO

Aut.az

Türkiyə 2024-cü il Avropa Futbol Çempionatına ev sahibliyi üçün “Birlikdə paylaşaq” DEDİ

Aut.az

Hakimlər Komitəsinin sədri dəyişdi

Aut.az

“Barselona” daha bir futbolçu ilə müqavilə bağladı - FOTO

Aut.az

Prandellini qovdular

Aut.az

Ərtoğrul Sağlam Təbrizdə - FOTO

Aut.az

"Real"dan iki super transfer: 210 milyon avro

Aut.az

"Qalatasaray" Niassenin transferini yekunlaşdırır

Aut.az