Polis millimizin üzvlərini saxladı - Azərbaycanda

Velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin "Synergy Baku" kontinental klubunun üzvləri bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Bu haqda Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev özünün Feysbuk səhifəsində məlumat verib.
 
Bildirilib ki, onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılıb.
 
“Məlumat üçün bildirmək istəyirəm ki, məşq prosesləri zamanı velosipedçilər və məşqçilər tərəfindən təhlükəsizlik qaydalarına hər zaman tam riayət olunur və mütləq şəkildə idmançıları federasiyanın avtomobilləri müşayiət edir. Bundan başqa, qrup şəklində məşqə çıxan velosipedçilər hər zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun bütün tələblərinə riayət edirlər.
 
Artıq bir neçə ildir ki, velosipedçilərimiz məşq prosesini məhz bu cür keçirlər və onların kütləvi şəkildə YPX tərəfindən cərimə meydançasına aparılması ilk dəfədir ki baş verir. Bilmirsən güləsən, yoxsa ağlayasan?” – deyə P.Musayev yazıb.
Tarix: 17 Dekabr [13:10]
Oxunub: 97 dəfə
Müəllif: Aut.az

İllər əvvəl Rihannanın rədd etdiyi kişi məşhurlaşdı və QİSASINI BELƏ ALDI

Aut.az

Prezident "Formula 1"lə bağlı sərəncam imzaladı

Aut.az

İdmançı oğlu Brilliantı özündən çıxardı - “Tərbiyəsiz...” - VİDEO

Aut.az

Baş katib vəfat etdi - Azərbaycanda

Aut.az

Millimizin baş məşqçisinə mükafat verildi – FOTO

Aut.az

Zabit Səmədov idman klubu açır

Aut.az

Prezident itkin düşən alpinistlərlə bağlı göstəriş verdi

Aut.az

"Yeni Mariya Şarapova" tarixə düşdü - FOTOLAR

Aut.az

Düşmən ölkələri Qış Olimpiya Oyunları birləşdirir

Aut.az

60 illik həbs cəzası alan həkim ona da təcavüz edibmiş - FOTO

Aut.az