"Neftçi"dən ilk qış transferi

Ölkə kubokunda yarımfinala qalan «Neftçi» transfer bazarında hərəkətə keçib.
 
"Ağ-qaralar" İlkin Qırtımovu heyətinə qatıb. Son 2,5 ili «Keşlə»də keçirən millinin müdafiəçisi paytaxtın digər təmsilçisi ilə 1 il+6 aylıq müqaviləyə qol çəkib.

Əslində, onunla anlaşma 2 həftə öncə əldə olunub. «Keşlə» Qırtımovun transfer vərəqini vaxtından əvvəl özünə qaytarıb, bunun qarşılığında isə o, bəzi alacaqlarından imtina edib. Demək olar ki, dekabr ayını havayı oynayıb.

Əlbəttə, İlkin birbaşa «Neftçi»nin əsas heyətində çıxış edəcək və komandanı gücləndirəcək biri deyil. Güman ki, Tərlan Əhmədov transfer çalışmalarına başlayarkən, birinci növbədə ehtiyat skamyaya əl gəzdirməyi lazım bilib.
 
İstənilən halda bu, «xırda keçid»di və İlkindən çox şey gözləməyə dəyməz. Müqayisə üçün pis çıxmasın, at kimi yaxşı qaçmağı, podad kimi iradəsi var, topla rəftarına, mövqe seçiminə gəlincə… Məktəbsizdi. 

Maraqlıdı ki, «Zirə» də son anadək Qırtımovun yaxasından düşməyib. Ayxan Abbasov onu daha yüksək maaşla öz komandasına dəvət edib. «Zirə» paytaxtdan bir qədər aralıda - adını daşıdığı qəsəbədə məşq keçdiyi üçün bu variantı dəyərləndirməyib.
Tarix: 17 Dekabr [13:45]
Oxunub: 162 dəfə
Müəllif: Aut.az

Oyun bir daha göstərdi ki, çox işləməliyik - Azər Məmmədov

Aut.az

Yığmamız Gürcüstana məğlub oldu

Aut.az

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi - FOTO

Aut.az

Bacarığı şişirdilən, böyük vəzifələrə layiq bilinməyən Elxan Məmmədov

Aut.az

"Mançester Yunayted" - "Keşlə" matçında kütləvi dava

Aut.az

"Neftçi" iki legionerini göndərəcək

Aut.az

Birinci divizion: İki oyunun təyinatları açıqlandı

Aut.az

Mahmudov və Sadıqlının sarı vərəqəsi ləğv edildi

Aut.az

“Makkabi” faciəsi haqda bilmədiklərimiz - “Necə olacaq? Biabır olduq!”

Aut.az

Əmrah Çəlikəl: "Beşiktaş"la oyunun sentyabrda keçiriləcəyini dəqiq deyə bilmərəm"

Aut.az