Nazim Süleymanov yenidən "Alaniya"da - Zaqoyevə qarşı

Rusiya çempionu, Azərbaycan millisinin ilk kapitanı Nazim Süleymanov bu gün yenidən meydana çıxacaq.
 
Vladiqafqazda bu gün "Alaniya"nın çempion heyəti Şimali Osetiya yığması ilə qarşılaşacaq. 
 
"Alaniya"nın heyətində həmyerlimiz Nazim Süleymanovla yanaşı İnal Cioyev, Zaur Xapov, Baxva Tedeyev və Artur Paqayev kimi futbolçular çıxış edəcək.
 
Osetiya yığmasının formasını isə Alan Zaqoyev, Soslan Canayev, Vladimir Qabulov geyinəcək.
 
"Əfsanələrin oyunu"nun keçirilməsi ideyası "Arsenal"ın qapıçısı Vladimir Qabulovun Şimali Osetiyanın rəhbəri  Vyaçeslav Bitarovla görüşündə səsləndirilib. Qısa bir zamanda təşkilatı işlər görülüb.
 
Vladiqafqazın mərkəzindəki "Spartak" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək və Şimali Osetiyanın dövlət telekanalı ilə canlı yayımlanacaq.

 
Tarix: 16 Dekabr [10:40]
Oxunub: 114 dəfə
Müəllif: Aut.az

Millimizin üzvü Rumıniya klubunda!

Aut.az

Günün oyunları - TV

Aut.az

Günün oyunları - TV

Aut.az

Məşhur döyüşçüyə Rusiya pasportu verildi

Aut.az

Millimizin üzvü İtaliya klubu ilə müqavilə bağladı - FOTOLAR

Aut.az

Elvin Məmmədovun yeni klubu bəlli oldu - Rəsmi

Aut.az

Patrik Vieyra "Nitsa"da

Aut.az

Dünyaca məşhur boksçular döyüşü buraxıb, onları izlədilər

Aut.az

"Qalatasaray"da gözlənilməz ayrılıq

Aut.az

Elnur Alıyevə vəzifə verildi

Aut.az