"İlin qalibləri-2017": Kim kimə səs verib? - SİYAHI

İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin Qalibləri-2017" layihəsi çərçivəsində keçirilmiş sorğunun nəticələri açıqlanıb.
 
Sorğuda 60 KİV nümayəndəsi iştirak edib. Hər KİV-dən bir idman jurnalistinin qatıldığı sorğunun yekununda 8 nominasiya üzrə qaliblər müəyyənləşib.
 
"Futbol üzrə İlin komandası" nominasiyasında 60 jurnalistdən 59-u "Qarabağ"ı fərqləndirib. "Digər növlər üzrə İlin komandası" kimi isə 54 jurnalist şahmat üzrə Azərbaycan yığmasını birinci yerdə görüb.
 
Aşkar üstünlüklə qələbənin əldə olunduğu digər nominasiyalar isə "İlin idman xadimi", "İlin əcnəbi idmançısı", "İlin ən nüfuzlu yarışı" nominasiyalarında da müvafiq olaraq, "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl, Ağdam komandasının cənubi afrikalı legioneri Dino Ndlovu və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları ən yaxın izləyicilərini böyük fərqlə üstələyib.
 
Cüdo üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Fərhad Məmmədov "İlin məşqçisi" nominasiyasında qalib adını 8 səs üstünlüyü ilə qazanıb.
 
"İlin idmançısı" nominasiyasında sərbəst güləş üzrə 3 qat dünya çempionu Hacı Əliyev ən yaxın izləyicisi, şahmatçı, 3 qat Avropa, eləcə də sürətli şahmat üzrə dünya çempionu Şəhriyar Məmmədyarovu 4 səs qabaqlayıb.
 
"İlin futbolçusu" nominasiyasında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov komanda yoldaşı Mahir Mədətovu cəmi 2 səs geridə qoyub.
 
Eyni hal "İlin yazarı" nominasiyasında da yaşanıb. "komanda.az"ın əməkdaşı Elnur Həmidov "futbolpress.az" saytının baş redaktoru Elçin Cəlilovu bu qədər səslə üstələyib. Bu sorğuda 10 jurnalist heç kimə səs verməyib. Qalan 50-si isə 27 jurnalisti birinci yerə layiq görüb. 
 
1.İlin idman xadimi
Tahir Gözəl - 39 səs
Rövnəq Abdullayev - 10 səs
Kəmaləddin Heydərov - 5 səs
Çingiz Hüseynzadə - 3 səs
Azad Rəhimov - 1 səs
Fazil Məmmədov - 1 səs
Zaur Axundov - 1 səs
------------------
 
2.İlin futbolçusu
Rəşad Sadıqov - 27 səs
Mahir Mədətov - 25 səs
Təmkin Xəlilzadə - 4 səs
Rauf Əliyev - 3 səs
Araz Abdullayev - 1 səs 
------------------
 
3. İlin idmançısı
Hacı Əliyev - 29 səs 
Şəhriyar Məmmədyarov - 25 səs
Hidayət Heydərov - 4 səs
Milad Beigi Harçeqani - 1 səs 
Məhəmmədrəsul Məcidov - 1 səs
-----------------
 
4. İlin əcnəbi idmançısı 
Dino Ndlovu - 41 səs
Miçel - 12 səs
Filip Ozobiç - 6 səs
Adrian Skarlatake - 1 səs
--------------------------
 
5. İlin komandası (futbol üzrə)
"Qarabağ" - 59
"Qəbələ" - 1
----------------
 
İlin komandası (digər növlər üzrə)
Şahmat üzrə kişilərdən ibarət Azərbaycan komandası - 54 səs
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan komandası - 2 səs 
Sərbəst güləş üzrə Azərbaycan komandası - 2 
Həndbol üzrə qadınlardan ibarət Azərbaycan yığması - 1 səs
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması - 1 səs
------------------------
 
6. İlin baş məşqçisi (Digər növlər üzrə)
Fərhad Məmmədov – 25 səs
Faiq Qarayev - 17 səs
Firdovsi Umudov - 13 səs
Reza Mehmandust - 4 səs
Leonid Loivski - 1 səs
-----------------------
 
7. İlin ən nüfuzlu yarışı
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları - 33 səs
Formula 1 üzrə Azərbaycan Qran Prisi - 12 səs
Voleybol üzrə Avropa çempionatı - 13 səs
Cüdo üzrə "Böyük Dəbilqə" turniri - 1 səs
Gimnastika üzrə Dünya Kuboku - 1 səs
----------------------
 
8.İlin jurnalisti
Elur Həmidov - 8 səs
Elçin Cəlilov - 6 səs
Elmar Abdullazadə - 3 səs
Anar Xanlarov - 2 səs
Ceyhun Əliyev - 2 səs
Elsevər Məmmədov - 2 səs
İbrahim Cəfərov - 2 səs
Mehman Süleymanov - 2 səs 
Natiq Muxtarlı - 2 səs
Sərxan Musalı - 2 səs
Tahir Hümmətov - 2 səs
Vüsal Mahmudov - 2 səs
Anar Cəfərsoy - 1 səs
Elgün Vidadioğlu - 1 səs
Elmir Əliyev - 1 səs
Elnur Məmmədli - 1 səs
İlkin Vaqifoğlu - 1 səs
İxtiyar Əsgərov - 1 səs
Mahir Rüstəmli - 1 səs
Qabil Mehdiyev - 1 səs
Rəhim Əliyev - 1 səs 
Ruslan Mikayıllı - 1 səs
Sənan Abdullayev - 1 səs 
Səxavət Quliyev - 1 səs
Siyavuş Əliyev - 1 səs 
Şamo Quliyev - 1 səs
Tural Dadaşov - 1 səs
10 KİV səs verməyib
 
"İlin qalibləri-2017": Kim kimə səs verib? - SİYAHI
"İlin qalibləri-2017": Kim kimə səs verib? - SİYAHI
"İlin qalibləri-2017": Kim kimə səs verib? - SİYAHI
"İlin qalibləri-2017": Kim kimə səs verib? - SİYAHI
 
Tarix: 14 Dekabr [13:15]
Oxunub: 125 dəfə
Müəllif: Aut.az

PSJ-dən 37 milyon avroluq transfer

Aut.az

III Avropa Oyunları Rusiyada keçirilə bilər

Aut.az

“Neftçi” ilk oyunda 9 qola üzüldü

Aut.az

Həmyerlilərimizə Avropa çempionatına təyinat

Aut.az

Günün oyunları - TV

Aut.az

Hokkey Qış Olimpiya Oyunlarının proqramından çıxarılır

Aut.az

Ramil Quliyev daha bir uğura imza atdı

Aut.az

Xəzərin 112 metr dərinliyində

Aut.az

Eminsiz "Kalmar" zəfərə sevindi

Aut.az

Günün oyunları - TV

Aut.az