ÇL-də yeni rekord - 21-ci əsrdə doğulmuş ilk futbolçu

Çempionlar Liqasının qrup mərhələsinin son turunda səfərdə “Şaxtyor”la qarşılaşan “Mançester Siti”nin müdafiəçisi Fil Foden tarixə düşüb.
 
2000-ci il təvəllüd müdafiəçi 21-ci əsrdə doğulmuş futbolçular arasında ÇL matçında start heyətində meydana çıxan ilk oyunçu olub. Daha öncə 2000-ci il təvəllüd olan başqa futbolçu - “Yuventus”un üzvü Moyze Kin də ÇL-də meydana çıxmaq şansı qazansa da, o, Fodendən fərqli olaraq, ilk “11”-likdə yox, sonradan meydana çıxıb. İngilis müdafiəçi 17 yaş 192 günlüyündə şans qazanıb. Ancaq onun debütü o qədər də uğurlu olmayıb. Belə ki, matç 2:1 hesabıyla Donetsk təmsilçisinin qələbəsi ilə nəticələnib.
 
Foden 2 ay öncə Hindistanda keçirilən U-17 dünya çempionatını çempion kimi başa vuran İngiltərə millisinin heyətində yer almışdı. O, turnirin ən yaxşı futbolçusu seçilərək, "qızıl top" mükafatı almışdı.

 

 

 
Tarix: 7 Dekabr [17:40]
Oxunub: 116 dəfə
Müəllif: Aut.az

İngiltərə klubu Olimpiya Stadionunu alır

Aut.az

"Qarabağ"ın rəqibinin futbolçusu cəzalandırıldı

Aut.az

UEFA “Rubin”i avrokuboklardan kənarlaşdırdı

Aut.az

Kamerun millisində yeni baş məşqçi

Aut.az

"Flamenqo"dan "Milan"a

Aut.az

Təklif gözləyən məşhur baş məşqçilər - SİYAHI

Aut.az

Məşhur futbolçu transseksual modelə mesaj yazdı, ara qarışdı - FOTOLAR

Aut.az

Millinin baş məşqçisi istefaya göndərildi

Aut.az

“Vorskla” erməni futbolçunu Bakıya gətirməyəcək - RƏSMİ

Aut.az

İsrafilovun komandası İspaniya Kuboku ilə vidalaşdı

Aut.az