"3 zonada hərəsində 8 komanda planlaşdırmışıq" - Vaqif Sadıqov

AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov region liqasının son durumu ilə bağlı danışıb.
 
Vaqif bəy Sport7.az-a açıqlamasında startı səbirsizliklə gözlənilən çempionatla bağlı bunları bildirib:
 
"Dekabrın ilk ongünlüyündə başlayacağını bildirmişdik. Amma ola bilər ki, daha 10 gün də uzansın. Hardasa ayın 17-18-də startı veriləcək. Sabah "Region Liqası" ilə bağlı son iclasımız olacaq. 
 
Hazırda rəsmi şəkildə qeydiyyatdan keçən 18 komanda var. Sənəd təqdim edən və oynamaq istəyən digər komandalar da var. Ümumilikdə bu say 30-dan çoxdu. İnşallah problem olmasa ayın 16-17-si "Region Liqası" başlayacaq. Oynamaq istəyən komandalara bir həftə də vaxt vermişik. Ən azı iki tur keçirməklə bu çempionata start vermək istəyirik. Ümumilikdə 3 zonada hərəsində 8 komanda planlaşdırmışıq. Təki çox olsun. Verdiyimiz vaxta qədər qeydiyyatdan keçən komandalar yarışa qoşulacaqlar. Məqsədimiz bölgələrə futbolu qaytarmaqdı. "Region Liqası"nı səviyyəli çempionata çevirmək istəyirik. 
 
Bu liqasnın həvəskarların çempionatından fərqi o olacaq ki, çempion UEFA-nın "Regional Liqası"nda iştirak edəcək. Birinci dəstəyə yüksələcək. Həvəskar liqa da güclü olacaq. Dördpilləli yarışlar keçiriləcək. Təki bütün ölkə futbolla məşğul olsun. İnşallah bağlılıq olacaq. Bu hələ ki pilot layihədi. Daha sonra siz deyən kimi, monitorinq keçirib hansısa dəyişikliklər etmək ehtimalı var. Ən vacibi təkminləşmiş və futbola xeyir verən layihə olmalıdı".
Tarix: 7 Dekabr [15:00]
Oxunub: 122 dəfə
Müəllif: Aut.az

“Zirə” “Neftçi”yə uduzdu

Aut.az

Bordinlə Abasov qovuldu

Aut.az

Maksim Medvedevin durumuna aydınlıq gəldi

Aut.az

Azərbaycan millisindən biabırçı məğlubiyyət

Aut.az

Ünal Karamandan Ramil Şeydayev açıqlaması

Aut.az

Emin Abbasov yeni vəzifədə

Aut.az

"Qarabağ" – "Arsenal" oyununa nə qədər bilet satılıb?

Aut.az

"Sabah" "Səbail"ə, "Neftçi" "Zirə"yə qarşı - BU GÜN

Aut.az

"Azərbaycanda kazino olmadığı üçün özümü sakit hiss edirdim"

Aut.az

SOS: Azərbaycan çempionatında “danışılmış oyun”? - FOTO

Aut.az