Kamran Ağayevin 7 oyunluq Çexiya macərası

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin Çexiyanın “Mlada Boleslav” klubundakı karyerası başa çatıb. 31 yaşlı qolkiper sonuncu komandasında cəmi 7 oyun duruş gətirib.
 
Bu ilin avqustunda “Mlada Boleslav”a keçən qapıçı 4 ayda 5 çempionat və 2 kubok görüşündə meydana çıxıb.
 
Avqustun 27-də “Slaviya” ilə Praqadakı səfər matçında debüt edən həmyerlimiz ilk matçda 4 qol buraxıb və komandasının 0:4 hesablı məğlubiyyətə üzülüb. Ümumiyyətlə isə çempionatdakı 5 qarşılaşmada keçirdiyi 435 dəqiqədə 10 top buraxan qolkiper bir görüşdə ikinci sarı vərəqə aldığı üçün meydandan da qovulub.
 
2 kubok matçında oynadığı 180 dəqiqədə 2 top buraxan Kamran vərəqə görməyib.
 
Noyabrın 24-də “Dukla” ilə səfər matçı isə qolkiper üçün sonuncu olub. Praqada başlayan Çexiya karyerası elə həmin şəhərdə də başa çatıb. Ağayev bu dəfə fə qapısından 4 qol buraxıb – 1:4.(apasport.az)
Tarix: 7 Dekabr [00:30]
Oxunub: 111 dəfə
Müəllif: Aut.az

Azərbaycan klublarının transfer bazarlığı - YENİLƏNİR

Aut.az

Püşk atıldı: “Qarabağ” “Olimpiya” ilə qarşılaşacaq

Aut.az

AFFA və “Kəpəz”in 18 min manatlıq borcu

Aut.az

İddia: “Qarabağ” ona görə 400 min ödəməyə hazırdı

Aut.az

“Qarabağ”ın rəqibi bəlli olur - BU GÜN

Aut.az

"Sabah"ın yeni mövsümlə bağlı hazırlıq planı müəyyənləşdi

Aut.az

“Xəzər”in rəhbəri əmanətçilərin 100 milyon manatını götürüb ölkədən qaçdı

Aut.az

Qurbanovun köməkçisi müəyyənləşdi

Aut.az

"Qarabağ" Tunis millisinin futbolçusu ilə danışıqlara başladı

Aut.az

Baqali Dabo "Neftçi"də - Rəsmi

Aut.az