Seyidov, Hacıyev bir də Bobo - YAZI

Mirhüseyn Seyidov və Nizami Hacıyev danışılmış oyunlarla bağlı məlum araşdırmalardan sonra futboldan "silinsə” də, ardından "Neftçi”nin əsas komandasında məşqçi-metodist qismində çalışan Ağakişi Mehdizadəyə eyni aqibət yaşadılsa da, zamanla başqa günahkarların da ictimaiyyətə təqdim olunacağını gözləməyə dəyər.
 
Fanat.Az-ın məlumatına görə hazırda "Keşlə”də qəribə ab-hava hökm sürür. Baş məşqçi Ramiz Məmmədovun açıqlamalarının ardından Müşahidə Şurasının sədri Zaur Axundov AFFA-ya əsas sifarişçilərin kimliyi haqda məlumat versə də, baş katib Elxan Məmmədov tələsmir. Başqa sözlə, müəyyən qədər çıxılımaz vəziyyətdə qalıb. AFFA-nın "xeyir-dua”sıyla "Neftçi”də möhkəmləndirilən rəhbərliyi "vurmaq” istəməyən baş katib proseslərin qismən ləngidilməsinə can atır. Vaxt qazanmaq, daha uyğun yolla vəziyyəti nizamlaya bilmək üçün. Bu durum "Keşlə”dəki daxili atmosferi də korlayıb. İndi baş direktor Rəmiş Malıyev Müşahidə Şurasının sədri və əsas komandanın çalışdırıcısıyla ikili oyun oynamaq məcburiyyətindədi. İngilis siyasətçiləri kimi. "Siyasətdə sədaqət süqutun başlanğıcıdı” prinsipinə sadiq və öz xarakterinə uyğun tərzdə.
 
Hə, görünən budu ki, "Keşlə” rəhbərliyinin şəhadət barmağıyla göstərdiyi hədəf "ağ-qaralar”ın baş məşqçisi Tərlan Əhmədov və klubu idarə edənlərdi. Belədirsə, "Neftçi”dəki vəzifəlilərin himayədarıyla - Elxan bəylə Zaur Axundovun mövqelərinin də niyə toqquşduğu bəllidi. Bobo ləqəbli analitikin – Ağakişi Mehdizadənin fərdi məqsədləri üçün "Keşlə”nin futbolçularıyla danışıqlara getməsinin bəyan edilməsi də yetərincə şübhəli məqamdı. Niyə bütün hallarda balaca fiqurlar? Mirhüseyn, Nizami, Bobo... Sorğu-suala çəkilən Fuad Bayramov və avtoqollarıyla diqqətləri üzərinə çəkən Denis Silva. Niyə futbol piramidasının ətəkləri? Məgər bu boyda "zırıltı” bir analitiklə 3-4 satqın futbolçunun tamahı üzündən baş verib? Əsla! Balacalardan yapışmaqlarının səbəbi sadədi: böyük "balıq leşləri”nin qoxusu daha pis gələcək. Obyektiv qurdalasalar, AFFA silkələnəcək. Bəs ondan sonra kimi qovacaqlar? Özünüz düşünün...
Tarix: 7 Dekabr [00:01]
Oxunub: 75 dəfə
Müəllif: Aut.az

AFFA-nın inkişaf planı: 3 aya 43 texniki məğlubiyyət!

Aut.az

Murat Səttarlı "Kəpəz"də

Aut.az

Yaşar Vahabzadə “Kəpəz”də

Aut.az

Rəşad Sadıqov "Mançester Siti"nin düşərgəsində - FOTOLAR

Aut.az

Kamran Ağayev yanvarda bu kluba keçəcək - DANIŞIQLAR BAŞLADI

Aut.az

Qurban Qurbanov Londonda Konte ilə görüşdü - FOTO

Aut.az

“Neftçi” daha bir legioneri göndərdi - Rəsmi

Aut.az

"Kəpəz" Samba Diallo və Viktor Oseqeyli göndərdi

Aut.az

Oyuna 11 yox, 10 futbolçu ilə çıxıb - Azərbaycanda

Aut.az

“Qarabağ” Polşa çempionatında oynasa, lider olardı” – Jezniçak

Aut.az