“Neftçi” məşqçisini qovub, bəyanat yaydı

"Neftçi” klubu daha bir bəyanat yayıb. Aut.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub rəhbərliyi bəzi oyunların nəticələrinin manipulyasiya edilməsi ilə bağlı araşdırma aparıb.
 
Bəyanatda AFFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılan məşqçi-metodist Ağakişi Mehdizadənin klubdan uzaqlaşdırıldığı bildirilib: "Son günlər haqlı olaraq böyük narazılıqla qarşılanan Premyer Liqanın bəzi oyunlarının nəticələrinin manipulyasiya edilməsi ilə bağlı hadisələrdə "Neftçi”nin də adı hallandırıldığından klub rəhbərliyi tərəfindən daxili araşdırma aparılıb. Xüsusən, AFFA-nın İntizam Komitəsinin 01.12.2017-ci il tarixdə keçirilən iclasında çıxarılan qərardan sonra buna çox ciddi zərurət yarandı. Araşdırma nəticəsində komandamızın məşqçi-metodisti Agakişi Mehdizadənin oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı müəyyən olunub. O, verdiyi yazılı izahatda özünü təqsirli bilərək prosesdə fərdi xarakterli iştirakını etiraf edib. Bu səbəbdən məşqçi-metodist Agakişi Mehdizadə dərhal tutdugu vəzifədən azad olunub. Qeyd edək ki, Ağakişi Mehdizadə əvvəllər "İnter" Peşəkar İdman Klubunda (hazırki "Keşlə") məşqçi-metodist vəzifəsində çalışıb.
 
Araşdıma zamanı topladığımız materiallar isə aidiyyatı üzrə AFFA-ya göndərilib. "Neftçi” PFK olaraq bir daha bəyan edirik ki, idman oyunlarının nəticələrini manipulyasiya edənləri şiddətlə qınayırıq və bu cür qanunazidd halların qarşısının alınması üçün mübarizə aparan bütün qurumlara dəstək verməyə hazırıq”.
Tarix: 6 Dekabr [14:10]
Oxunub: 230 dəfə
Müəllif: Aut.az

Əmircanov Türkiyə klubunda

Aut.az

“Neftçi” “Qəbələ”yə məğlub oldu

Aut.az

Elvin Yunuszadənin yeni klubu rəsmən açıqlandı

Aut.az

"Qarabağ" - "Səbail" START HEYƏTLƏR

Aut.az

Qurban Qurbanovla Rəşad Sadıqov milli üzvləriylə görüşdü

Aut.az

Məşhur türk mütəxəssis Azərbaycanı təbrik etdi - FOTO

Aut.az

“Neftçi” Qəbələ səfərində, “Qarabağ” “Səbail”ə qarşı - BU GÜN

Aut.az

Arda Turanın həsrəti bitdi

Aut.az

Komandaların imkanları araşdırılsaydı… - Azərbaycanda

Aut.az

Elvin Yunuszadə "Sabah"da

Aut.az