Axundovun ifşası: fırtınaqabağı sakitlik

Və bütün bu olayların başında bir qrup gürcü ibaz var idi. Onlar gözə görünmürdü, lakin Tsxadadzenin, Savanadzenin rəhbərliyi altında oynayan oyunçularla nələrsə edirdilər. Zurab Xizanaşvilinin oynadığı matçlarda bilərəkdən etdiyi və qolla nəticələnən onlarca səhv saya bilərəm. Yəni, Məmmədovu nələrdəsə qınayırıqsa, Svanadzenini, köməkçisi olan qardaşı oğlunu da mələk saymayaq.
 
Ramiz bəydən “ötürmə alan” Axundov ayıldı. Çünki bu olayın üstünün açılması onun klub funksioneri kimi imicini də qaldıracaqdı. Ardıcıl 7 (indi artıq 8-di) məğlubiyyətdən sonra Zaur bəy bacarıqsız damğasını tam haqq edirdi. Futbolçularla doğru davrana bilməyən, onları paltardəyişmə otağında söyə biləcək qədər aşağı enən adam bu imicdən qurtulmaq üçün də fürsət qazanmışdı. Özünü sübut edə bilməsə, “futzal funksioneri” damğasından qurtula bilməyəcəkdi.
 
Axundov üçün bu qalmaqalı törətmək/böyütmək həm də ona görə lazım idi ki, “ələbaxan” rolundan qurtulsun. Axı, kluba AFFA sponsorluq edir və o da baş katib Elxan Məmmədovun nə vaxt hesablarına pul köçürəcəyinə gözünü dikib. Bu durum Zaur bəyi razı salmır, o nüfuz sahibi olmaq, “Sumqayıt” və ya “Səbail” kimi neft şirkətinin hansısa bir qoluna özünü calayıb, müstəqil maliyyələşməni arzulayır. Nəticələr pis olduğundan dil qısa idi, hansısa inqilabi addım lazım gəlirdi.
 
Axundov AFFA prezidentinə xoş gəlsin deyə klubun adını “Keşlə”yə dəyişməmiş qurşaqdan aşağı 2 zərbə almışdı. Səlahət Ağayevin “Neftçi”yə gedişinə göz yummağa məcbur olan Zaur bəy, Rauf Əliyevə də uduzmuş, onun Albaniyaya yollanmasının qarşısını ala bilməmişdi. Hədə-qorxu, hərbə-zorba, köntöylük, əzələ nümayişi fayda verməmiş, hücumçu AFFA-nın hüquqşünası Rəmiş Malıyevi də Axundovun qoltuğuna vermişdi.
 
Axundov bu dəfə ağıllı, tədbirli tərpəndi. Güman ki, icraçı direktor Malıyevin yox, ortaq dostları tərəfindən tanış edilən Ramiz Məmmədovun ssenarisi ilə...
 
Tam dəqiq informasiyamız yoxdu. Amma özəl mənbələrdən gələn bilgiləri çək-çevir etdikdən, mətbuatda yazılanları, verilən qərarları, müsahibələri, etirafları, təkzibləri və s. xəbərləri oxuduqdan sonra soyuq başla bəzi məqamları təhlil etmək olur. İndiyədək etdiyimiz təhlillərdə yanılmamışıq və bugünədək yazdıqlarımızın hamısı doğru olub. Bugünkü susqunluğu da fırtınaqabağı sakitlik hesab edirik. Məsələ 2 futbolçunun – Nizami Hacıyev və Mirhüseyn Seyidovun ömürlük diskvalifiikasiyası ilə yekunlaşa bilməz.
 
Axundov sussa, özünü məhv edəcək. Çünki bu ifşalar kimlərinsə bostanına atılan daş idi və cavabı olacaq. Ona görə də Zaur bəy addımlarının davamını gətirməsə, mütləq hansısa məqamda vurulacaq və tamamilə gözdən düşəcək. Bu səbəbdən o, mütləq hücumları davam etdirəcək, işin sonuna çıxmağa çalışacaq. Artıq AFFA-nın baş katibi Elxan Məmmədovu və PFL prezidenti Ramin Musayevi zərbə altında qoyub, onların başının üstündən daha yüksək instansiyalara müraciət edib, nəticəsini də görüb. İndi dayanmaq onun nüfuzuna kölgə salacaq və növbəti aylarda ancaq zərbələr alacaq.
 
Bəs, Zaur bəy indi niyə susub? Ona görə ki, hazırda qüvvələr mübarizəsində təmərküzləşmə gedir. Axundovla birləşmək istəyənlər, eləcə də ona qarşı vahid cəbhə açmaq istəyənlər təşkilatlanır. Bir növ kəşfiyyat mərhələsidi.
 
Bu,açıq-aşkar futbol inqilabıdı. Zaur bəy Müşahidə Şurasının sədri olsa da, özünü klub rəhbəri kimi aparır, bu isə Elxan Məmmədovun şuralaşma modelinə uyğun deyil.
 
Əslində, “Keşlə”nin idarəçisi Malıyev olmalı, Axundov isə seyrçi mövqeyində dayanmalıydı. Amma Zaur bəy ona biçilmiş bu donu geymədi, üstəlik, futbol təsərrüfatının düzgün idarə olunmamasını ifşa etdi. Bu, indiyədək hansısa açıqlamasına rast gəlmədiyimiz Elxan Məmmədovun imicinə ciddi zərbədi. Sədr atla gediş edib və baş katib elə vəziyyətdədi ki, indiyədək mütləq danışmalı olduğu halda, ağzına su almağa, növbəti dalğanı gözləməyə məhkumdu. Axundov isə ilk kiçik qələbəsini bayram edir və növbəti hücum qabağı cəbbəxanasını gücləndirir, müttəfiqlərini müəyyənləşdirir.
 
Həmin müttəfiqlər arasında Ramin Musayev olmayacaq. O da bu atışmada ciddi xəsarət alıb. Hətta ən pis vəziyyətdə qalan elə PFL prezidentidi – bu haqda yazının davamında bəhs edəcəyik. Musayevin çətin vəziyyətə düşməsi Məmmədova da sərfəlidi, çünki çempionatı PFL keçirir, üstəlik, münaqişə Musayevin bir kadrının yarıtmaz addımıyla alovlanıb. Baş katib situasiyadan özü üçün yararlana bilər, bunun üçün Axundovla birləşməli, həlledici zərbəni onun əliylə vurmalıdı. Lakin məsələ təkcə “Neftçi” matçıyla yekunlaşmır və hadisələrin davamının gəlməsi onu da pis vəziyyətdə qoyacaq. Axı, bombanı bir başqası deyil, AFFA İcraiyyə Komitəsinin üzvü, AFFA-dan maliyyələşən, deməli, vahid qazandan pay götürən klubun rəsmisi partladıb.(futbolinfo.az)
Tarix: 5 Dekabr [15:20]
Oxunub: 229 dəfə
Müəllif: Aut.az

AFFA-nın inkişaf planı: 3 aya 43 texniki məğlubiyyət!

Aut.az

Murat Səttarlı "Kəpəz"də

Aut.az

Yaşar Vahabzadə “Kəpəz”də

Aut.az

Rəşad Sadıqov "Mançester Siti"nin düşərgəsində - FOTOLAR

Aut.az

Kamran Ağayev yanvarda bu kluba keçəcək - DANIŞIQLAR BAŞLADI

Aut.az

Qurban Qurbanov Londonda Konte ilə görüşdü - FOTO

Aut.az

“Neftçi” daha bir legioneri göndərdi - Rəsmi

Aut.az

"Kəpəz" Samba Diallo və Viktor Oseqeyli göndərdi

Aut.az

Oyuna 11 yox, 10 futbolçu ilə çıxıb - Azərbaycanda

Aut.az

“Qarabağ” Polşa çempionatında oynasa, lider olardı” – Jezniçak

Aut.az