Azərbaycan çempionatında komandaların sayı artır - Qurbanov təklif etdi

Azərbaycan Premyer Liqasında növbəti mövsüm neçə komandanın iştirak edəcəyi müəyyənləşib.
Aut.az Sport24.az-a istinadən xəbər verir ki, elitada 10 komanda mübarizə aparacaq.
Bu təşəbbüs “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən millinin “sükanı arxası”na keçmək təklifini qəbul edərkən irəli sürüb. Təcrübəli mütəxəssis çempionatın səviyyəsinin yüksəlməsi üçün komanda sayının artmasına zərurət yarandığını bildirib. Artıq AFFA tərəfindən bu ideya dəstəklənib və növbəti mövsüm elitaya daha 2 komandanın yüksələcəyinə dair qərar qəbul olunub.
Premyer Liqa təmsilçilərindən heç biri süquta uğramasa, 2017/18 mövsümündə elitanı tərk edən olmayacaq. Ancaq I Diviziondan qızıl və gümüş medalın sahibi, yoxsa digər pillələrdə qərarlaşmış komandaların yüksələcəyi hələ dəqiqləşməyib.
Bundan əlavə 2018/19 mövsümündən Premyer Liqanı ən azı 1 komandanın tərk edəcəyinə dair qərar verilib. Eyni zamanda, sözügedən mövsümdən I Diviziondan ən azı çempionun Premyer Liqaya yüksələcəyi də dəqiqləşib.
Tarix: 3 Dekabr [16:00]
Oxunub: 134 dəfə
Müəllif: Aut.az

"Neftçi"nin bazası nə vaxt hazır olacaq? - Vitse-prezident açıqladı

Aut.az

Hüseyn Cəbrayıloğlu: "Cənub futbolunda durum çox bərbaddı"

Aut.az

"Qarabağ" "Kəpəz"lə oyunun hazırlığına başladı

Aut.az

Birinci divizionda sabahkı oyunlara hakim təyinatları

Aut.az

Polşa klubundan "Qarabağ"ın futbolçusuna xüsusi hədiyyə - FOTO

Aut.az

Konfransı kim çağırıb?

Aut.az

Rəşad Sadiqov və Samir Abasovun cəzaları açıqlandı

Aut.az

AFFA-dan Qəbələdəki qalmaqalla bağlı sərt qərarlar

Aut.az

Orxanın papağı Kamranın başına

Aut.az

Kamran Quliyev: "Samir Abasovun “Neftçi”yə gəlişi hazırda müzakirə olunmur”

Aut.az