Öncə Qurbanov, sonra Konte

Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Çelsi" (İngiltərə) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.
 
Noyabrın 21-də Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 13:30-da Bakı Olimpiya Stadionunda media mənsublarının önünə çıxacaq.
 
Komandanın son məşqi isə saat 17:40-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 
"Çelsi"nin baş məşqçisi Antonio Konte isə saat 18:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İngiltərə təmsilçisinin son məşqi isə saat 15:00-da "Bakcell Arena"da baş tutacaq.
 
Qeyd edək ki, "Çelsi"nin  mətbuat konfransında iştirak etmək istəyən media mənsubları üçün "Azərsun Arena"dan Bakı Olimpiya Stadionuna xüsusi avtobus ayrılacaqdır. 
Tarix: 20 Noyabr [19:40]
Oxunub: 122 dəfə
Müəllif: Aut.az

“Neftçi” dən qələbə

Aut.az

Gürcüstanla fərqimiz

Aut.az

Yaradılan “şərait”ə görə xərc - “Qəbələ”

Aut.az

AFFA-dan “Sumqayıt”ın cəzasına endirim

Aut.az

“Sabah”da intriqa - Prezidentlə baş məşqçinin qarşıdurması!

Aut.az

“CBC Sport” müqavilə şərtlərinə əməl etmir!

Aut.az

“Sabah”ın prezidentinin “gizli oyun”u

Aut.az

“Azərbaycan millisində demək olar ki, bütün futbolçular rusca danışır” - Rüfət Dadaşov

Aut.az

Almeyda 2-ci, Qarayev 4-cü oldu

Aut.az

AFFA-dan gizli müqavilə: Stuxlik onu Azərbaycana göndərən adama “çörək verdi”

Aut.az