Metro "Qarabağ"a görə gücləndirilmiş iş rejiminə keçir

Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ”-"Çelsi” oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək.
 
Bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Azərtac”a açıqlamasında deyib.
 
O bildirib ki, "Qarabağ”ın oyunu zamanı sadəcə "Koroğlu” metro stansiyası deyil digər stansiyalarda da gücləndirilmiş iş rejimi tətbiq ediləcək. Həmçinin "Koroğlu” metro stansiyasında sərnişin axınına nəzarət etmək üçün bir sıra tədbirlər görüləcək, şəraitə uyğun olaraq stansiyaya giriş-çıxışların yerləri dəyişdirilə bilər.
 
N.Paşayevin sözlərinə görə, sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər həyata keçiriləcək. Bunun üçün əlavə mexanizm, canlı qüvvə və eyni zamanda, ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq. Sərnişin çox olarsa, axın nizamlanacaq və sərnişinlər müəyyən gözləmələrlə stansiyaya qəbul ediləcək. Bakıda keçirilən mötəbər idman oyunları zamanı da bu qayda tətbiq edilib.
Tarix: 20 Noyabr [18:45]
Oxunub: 107 dəfə
Müəllif: Aut.az

"Olimpiya" Bakıya itkilələ gəlir

Aut.az

"Qarabağ"dan möhtəşəm aksiya

Aut.az

Arif Daşdəmirov futbvolleyə üz tutdu

Aut.az

“Qarabağ” - “Olimpiya” matçını hansı kanal yayımlayacaq?

Aut.az

"Xan Lənkəran" aktivlərini 1 milyon manatadək artıra biləcək?

Aut.az

"Səbail" Qətər klubu ilə qarşılaşacaq

Aut.az

Azərbaycanlı FİFA referisi haqda:"Mən nə biləydim ki, bu insan cildində şeytandır" - ŞOK

Aut.az

“Sabah” Super Liqa klubu ilə qarşılaşacaq

Aut.az

"Neftçi"nin oyunu yunanlara əmanət

Aut.az

“Proqres” - “Qəbələ” matçının hakimləri məlum oldu

Aut.az