AFFA Gəncədə məğlub oldu

Şənbə günü "Kəpəz” "Səbail”ə uduzandan sonra Gəncədən həyacanlı xəbərlər gəlirdi. Mətbuat konfransında istefasını açıqlayan Şahin Diniyevin bu addımı vəziyyətin acınacaqlı, hətta çıxılmaz olduğunu düşünmək üçün ciddi əsaslar vermişdi.
 
Bu həmin Diniyev idi ki, təslim olmamaq üçün çox dirəndi. Gedişi ilə bağlı verilən sualları hər dəfə böyük səbrlə dinləyir, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə inamını ifadə edir, "Kəpəz”in düşdüyü durumdan çıxmaq üçün şansı olduğunu dilə gətirirdi. Deyirdi ki, bu komandanı o qurub, futbolçulara da inanır. Belə bir məqamda işini yarımçıq qoymağı, "Kəpəz”i yarı yolda buraxmağı heç ağlına da gətirmir. Amma axırda o təslim oldu.
 
Eşitdiyimə görə, klubun Müşahidə Şurasının sədri Elmir Vəliyev həmin gün xeyli qəzəbli imiş. Təkcə "Kəpəz”in "Səbail”ə uduzmasına görə yox. Həm də ona görə ki, Diniyev istefa ərizəsini Vəliyevə yox, kluba AFFA tərəfindən göndərilən İslam Abbasova təqdim edibmiş. Bunu görəndən sonra Elmir bəy "Kəpəz” uğrunda son döyüşə girməyi, bu dəfə qalib gəlməyi öz qarşısına məqsəd qoyub. Deyirlər ki, Elmir Vəliyev həm bu mövsüm ilk dəfə "Kəpəz”in oyununu izləmək üçün stadiona gəlibmiş.
 
İlk təkcə o olmadı. Növbəti gün klubun rəsmi saytında Müşahidə Şurasının üzvlərinin və klubun yeni icraçı direktorunun kollektiv şəkli yayımlandı. Səhv etmirəmsə, həmin şəkil də ilk idi. Adamlar ilk dəfə bir araya gəlib, fotokameraların önünə keçmişdilər.
 
Bütün bu məqamlar "Kəpəz”in hansı formada idarə olunmasının əyani sübutudu. Maraqlısı təkcə bu deyil. Klubun rəsmi saytı yeni icraçı direktorun adını açıqlayır. Amma köhnə direktorun, yəni Cabir İbrahimovun aqibəti haqda məlumat verilmir. Belə yerdə adamın yadına lap Molla Nəsrəddinin "yeni ay çıxanda köhnəni doğrayıb ulduz qayırırlar” lətifəsi düşür. Cabir bəy bu gün özü saytımıza verdiyi açıqlamasında Gəncə futboluna xidmətini stadion direktoru kimi davam edəcəyini bildirib.
 
"İbrahimov niyə vəzifəsindən uzaqlaşdırıldı?”, "Camalxanovun namizədliyini kim təklif etdi?”, "Olmaya İbrahimovun son anda özünü müdafiə etmək üçün Mikayıl Nərimanoğlunun əməllərini ifşa etməsi kimlərinsə xoşuna gəlmədi?”... bu kimi cavabsız suallar çoxdu. Onların arxasınca düşmək, araşdırmaq isə bir az əziyyətli, həm də nəticəsiz prossesdi. Səbəbi də odur ki, bu gün "Kəpəz” elə belə idarə olunur. Kimin kefi necə istədisə. Sonra da baxıb görürlər ki, komanda axrıncı yerdə gedir, divizionun bir addımlığındadı, ortada pullar yeyilib, imarətlər tikilib.
 
Ümid edək ki, bundan sonra belə olmayacaq. Yunis Hüseynov adını-sanını qoruyacaq, böyük oyunların kiçik fiquruna çevrilməyəcək. "Kəpəz” bundan sonra AFFA-nın bərli-bəzəkli təbliğatına və bir qrup əliəyrinin varlanmasına yox, Gəncədə futbolun inkişafına xidmət edəcək. Gəncədə futbolun dirçəlməsi, gəncəlilərin top dalıyca qaçması, bu bölgədə sağlam təməllər üzərində iş görülməsi ümumilikdə Azərbaycan futbolu üçün çox vacibdi.
 
Yunis Hüseynovun "Kəpəz”ə baş məşqçi təyin olunması AFFA-nın Gəncədəki nüfuz savaşında ikinci ciddi məğlubiyyətidi. Birincisini Nərimanoğlunun ifşası ilə almışdılar. Deyəsən, yaxşı olacaq. Biz də bunu arzulayırıq!
 

Amal ABUŞOV sport7.az

Tarix: 20 Noyabr [17:00]
Oxunub: 102 dəfə
Müəllif: Aut.az

Coşqun Diniyev evləndi

Aut.az

İlk baş məşqçi dəyişikliyi - Azərbaycanda

Aut.az

"Neftçi"dən ilk qış transferi

Aut.az

"Neftçi" daha 7 futbolçusunu göndərir

Aut.az

"Qarabağ" beynəlxalq turnirə dəvət aldı

Aut.az

Nazim Süleymanov əfsanələrin oyununda - FOTOLAR

Aut.az

Qış transfer pəncərəsinin vaxtı müəyyənləşdi - Azərbaycanda

Aut.az

“Traktorsazi”dən “Zirə”yə dəvət

Aut.az

Ölkə kubokuna maraq nə qədərdi?

Aut.az

Azərbaycanın 2018-ci il üçün FIFA referiləri açıqlandı

Aut.az