Yunis Hüseynov azarkeşlərə səsləndi: "Dəstək versinlər"

"Təyinata görə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Etimadı doğrultmağa çalışacağam". Bu sözləri "Kəpəz”in baş məşqçisi təyin olunan Yunis Hüseynov deyib.
 
Mütəxəssis təyinatı ilə bağlı fikirlərini bildirib: "Gəncə və "Kəpəz” mənim üçün çox doğmadı. Burada doğulmuşam, boya-başa çatmışam. Futbolda da ilk addımlarımı "Kəpəz”də atmışam. Mənim üçün elə karyeramı bu klubda başa vurmaq da önəmli olub. Gəncə futbol şəhəridi, azarkeşlər bu idman növünü çox sevirlər. Təsadüfi deyil ki, "Kəpəz”in fanatları tamaşaçı sayına görə ölkədə 1-ci yerdədilər. Elə azarkeşlik etmək baxımından da öndə gedirlər. Gəncəlilər həmişə futbolçulara dayaq, dəstək olublar. İnanıram ki, bundan sonra da onların dəstəyini hiss edəcəyik və azarkeşlərin istədiyi komandanı yaradacağıq. Azarkeşsiz futbol oynamaq çətin bir şeydi, özüm oynamışam və görmüşəm. Azarkeş olmayan yerdə futbolçu özünü rahat hiss etmir. İlk növbədə onların dəstəyi lazımdı. Son mövsümləri izləyirəm və görürəm ki, fanatlar yenə "Kəpəz”in yanındadılar. Mən Gəncədə oynayanda da belə idi, indi də bu cürdü. Komanda SSRİ birinciliyində çıxış edəndə stadion həmişə dolu olub. Yaxşı da, pis də oynayanda azarkeşlər "Kəpəz”ə dayaq durublar. Onlara səslənib demək istəyirəm ki, yenə komandaya dəstək versinlər”.
Tarix: 20 Noyabr [14:05]
Oxunub: 178 dəfə
Müəllif: Aut.az

"Olimpiya" Bakıya itkilələ gəlir

Aut.az

"Qarabağ"dan möhtəşəm aksiya

Aut.az

Arif Daşdəmirov futbvolleyə üz tutdu

Aut.az

“Qarabağ” - “Olimpiya” matçını hansı kanal yayımlayacaq?

Aut.az

"Xan Lənkəran" aktivlərini 1 milyon manatadək artıra biləcək?

Aut.az

"Səbail" Qətər klubu ilə qarşılaşacaq

Aut.az

Azərbaycanlı FİFA referisi haqda:"Mən nə biləydim ki, bu insan cildində şeytandır" - ŞOK

Aut.az

“Sabah” Super Liqa klubu ilə qarşılaşacaq

Aut.az

"Neftçi"nin oyunu yunanlara əmanət

Aut.az

“Proqres” - “Qəbələ” matçının hakimləri məlum oldu

Aut.az