"Kəpəz"in baş məşqçisi açıqlandı (RƏSMİ)

"Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib. Klubun Müşahidə Şurasının qərarına əsasən, komanda Yunis Hüseynova həvalə olunub. 
 
MŞ-nın sədri Elmir Vəliyevin namizədliyini irəli sürdüyü Yunis Hüseynov şuranın üzvləri tərəfindən tam dəstəklənib. Beləliklə, Hüseynov "Səbail” ilə oyundan sonra istefa verən Şahin Diniyevi baş məşqçi postunda əvəz edib.
 
Gəncə futbol məktəbinin yetirməsi olan Yunis Hüseynov karyerasına "Kəpəz”də başlayıb. O, Nizami yurdunun təmsilçisi ilə yanaşı, "Neftçi” və "ANS Pivani”də də çıxış edib, İranda legioner həyatı yaşayıb. Milli komandanın şərəfini qorumuş Hüseynov futbolçu kimi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. İki dəfə ölkənin ən yaxşı futbolçusu seçilib, ən yaxşı idmançı kimi "Humay” milli mükafatına layiq görülüb. 
 
Oyunçu karyerasını "Kəpəz”də başa vuran sabiq yarımmüdafiəçi məşqçilik fəaliyyətinə "Karvan”da (Yevlax) başlayıb. Daha sonra "Standart” (Bakı) və "Xəzər Lənkəran” (Lənkəran) kimi klublarda baş məşqçi işləyib. 
 
Yunis Hüseynov Yevlax klubu ilə Azərbaycan çempionatının bürünc və gümüş medallarını qazanıb. Lənkəran təmsilçisi isə onun rəhbərliyi altında ölkə çempionatında 2-ci yeri tutub. Hər iki komanda 52 yaşlı mütəxəssisin başçılığı ilə qitə miqyaslı turnirlərdə təmsil olunub və mərhələ adlayıb. Yeri gəlmişkən, "Karvan” UEFA Kuboku turnirində mərhələ adlayan ilk Azərbaycan klubu olaraq adını futbolumuzun tarixinə yazıb. "Xəzər Lənkəran” isə ilk dəfə məhz Yunis Hüseynov ilə Avropa yarışında mərhələ keçib.
 
Qeyd edək ki, Yunis Hüseynov komanda üzvlərinə sabah təqdim olunacaq.
Tarix: 20 Noyabr [13:55]
Oxunub: 109 dəfə
Müəllif: Aut.az

"Olimpiya" Bakıya itkilələ gəlir

Aut.az

"Qarabağ"dan möhtəşəm aksiya

Aut.az

Arif Daşdəmirov futbvolleyə üz tutdu

Aut.az

“Qarabağ” - “Olimpiya” matçını hansı kanal yayımlayacaq?

Aut.az

"Xan Lənkəran" aktivlərini 1 milyon manatadək artıra biləcək?

Aut.az

"Səbail" Qətər klubu ilə qarşılaşacaq

Aut.az

Azərbaycanlı FİFA referisi haqda:"Mən nə biləydim ki, bu insan cildində şeytandır" - ŞOK

Aut.az

“Sabah” Super Liqa klubu ilə qarşılaşacaq

Aut.az

"Neftçi"nin oyunu yunanlara əmanət

Aut.az

“Proqres” - “Qəbələ” matçının hakimləri məlum oldu

Aut.az