Növbəti istefa - Türkiyədə

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Türkiyənin "Gənclərbirliyi" komandasının sükanı arxasına keçə bilər. 
 
Artıq xorvatiyalı mütəxəssislə ilkin təmas da olub. Lakin Ankara təmsilçisinin əsas namizədi Rumıniya yığmasından istefaya göndərilmiş Kristof Daumdur. Daumla danışıqlarda ciddi irəliləyiş olmasa, klub Prosineçki ilə anlaşmağa çalışacaq. 
 
Qeyd edək ki, bu mövsüm "Gənclərbirliyi" Superliqada 12 tur ərzində iki baş məşqçi ilə yollarını ayırıb. Avqustun 30-da Ümit Özatı əvəzləyən Məsut Bakkal ötən gün evdə "Kayserispor"a 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Hazırda "Gənclərbirliyi" 12 oyundan 8 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. Azərbaycan millisi ilə müqaviləsini qarşılıqlı razılıq əsasında uzatmayan Robert Prosineçki isə 2012-2013 mövsümündə "Kayserispor"da çalışıb.  
Tarix: 20 Noyabr [12:30]
Oxunub: 110 dəfə
Müəllif: Aut.az

Əkiz atası oldu

Aut.az

5 futbolçusunu göndərir

Aut.az

Uzun müddətə sıradan çıxdı - FOTO

Aut.az

“Barselona"dan Arda Turan açıqlaması

Aut.az

"Qalatasaray" "Qarabağ"ın sabiq qapıçısını transfer edir

Aut.az

Fabreqas “Ginnesin rekordlar kitabı”na düşdü

Aut.az

“Qalatasaray” istəyirdi, keçmiş klubuna qayıtdı

Aut.az

Futbolçular yalan detektoru ilə test edildi

Aut.az

Yığma ilk dəfə Afrika Millətlər Kubokunda

Aut.az

"Sportinq"in qapıçısı 12 milyon avroya getdi

Aut.az