7 oyunda 101 qol vurub, qapısını toxunulmaz saxlayan komanda

Xorvatiyanın qadınlar liqasında çıxış edən "Osiek ZNK" çempionatın ilk 7 turunda 7 qələbə qazanıb. Komanda bu oyunlarda qapısını toxunulmaz saxlaya bilib.
 
"Osiek ZNK" son 11 ildə Xorvatiya qadınlar liqasının qalibi olub. Ən maraqlısı odu ki, komanda qələbə qazandığı və qapısını toxunulmaz saxladığı 7 oyunda rəqib qapıçıları düz 101 dəfə məyus edə bilib. 
 
Qazanılan uğurlarda yəqin ki, ən az əziyyət çəkən komandanın qapıçısıdı. 7 oyunda 101 qol vuran "Osiek ZNK"nın qapısını qoruyan Mia Piriç sonuncu dəfə 1 il əvvəl - ötən ilin bu günündə "Katarina Jirinski"ni 10:1 hesabı ilə yendikləri matçda məyus olub.
 
Piriç oyunlarda yaşadıqlarını belə anladır: "Bəzən oyunlarda o qədər darıxıram ki, tribunalardan azarkeşlər məndən "qəhvə içək" deyə soruşur. Normal halda insanlar oyunların tez olmasını istəyər, mən isə məşqlərin tez-tez olmasını arzulayıram. Çünki ən azı məşqlərdə mənim də görəcək işim olur".
 
Mia Piriç
 
Komandanın ən çox qol vuran futbolçuları Lorena Baliç və Mateya Andrliçdi. 7 turda Baliç 32, Andrliç 30 qol vurub. 
 
"Fikrimcə, həm mən, həm də Lorena 50-dən artıq qol vura bilərik" deyir Andrliç. Ötən mövsüm 40 qol vuran forvard bu mövsüm daha artığını istəyir.
 
"Osiek ZNK"nın ən böyük hədəfi mövsümü 200 qolla tamamlamaqdı. Son oyunda "Trnana"nı 24:0 hesabı ilə yenən komanda bu mövsüm bir matçında rəqibin qəsdən həkim gətirməməsi səbəbindən 3:0 hesablı texniki qələbə alıb. 
Tarix: 19 Noyabr [12:00]
Oxunub: 175 dəfə
Müəllif: Aut.az

Əkiz atası oldu

Aut.az

5 futbolçusunu göndərir

Aut.az

Uzun müddətə sıradan çıxdı - FOTO

Aut.az

“Barselona"dan Arda Turan açıqlaması

Aut.az

"Qalatasaray" "Qarabağ"ın sabiq qapıçısını transfer edir

Aut.az

Fabreqas “Ginnesin rekordlar kitabı”na düşdü

Aut.az

“Qalatasaray” istəyirdi, keçmiş klubuna qayıtdı

Aut.az

Futbolçular yalan detektoru ilə test edildi

Aut.az

Yığma ilk dəfə Afrika Millətlər Kubokunda

Aut.az

"Sportinq"in qapıçısı 12 milyon avroya getdi

Aut.az