"Azərbaycan futbolu naminə bu addımı atmalıyıq" - Qurban Qurbanov

“Qarabağ”ın və Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov “BBC Azərbaycanca”ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik...

- Baş məşqçi seçilməyiniz məlum olanda nə hisslər keçirdiniz?
- Bunu böyük bir məsuliyyət kimi qiymətləndirirəm. Bu, hər bir məşqçinin gözlədiyi və arzu etdiyidi - ölkəsinin yığmasında rəhbər olmaq, baş məşqçi olmaq. Bilirəm ki, daha çox səy göstərib, daha çox çalışmalı, daha diqqətli olmalıyam.
 
- Siz artıq 10 ildən çoxdu ki, məşqçisiniz və bu müddətdə Premyer Liqada və beynəlxalq çempionatlarda Azərbaycanın ən uğurlu baş məşqçisi olmusunuz. Bunu nəzərə alanda, AFFA İcraiyyə Komitəsinin qərarı sizin üçün gözlənilən bir qərar idimi?
- Gözlənilən deməzdim. Dəyər verdilər, güvəndilər. İnanıb dəvət etmək, inanıb təklif etmək bu, belə deyək, çox böyük qərardı. Mən deməzdim ki, tam düşünürdüm ki, belə qərar veriləcək. Mən belə qərarı, belə deyək də, düzgün qarşıladım, baxmayaraq ki, iki yerdə çalışacam. Bununla üzərimə böyük məsuliyyət və yük düşəcək. Dediyim kimi, "mütləq mənə deməli idilər, mütləq mənə təklif etməliydilər" - belə fikrim, düşüncəm yox idi. Bilirəm ki, bacarıqlı məşqçilərin sayı çoxdu, yaxşı məşqçilər var. Sonda bu qərarı qəbul elədilər, ona görə də mənim məsuliyyətli işim daha da artır.
 
- İki komandanı eyni vaxtı idarə etmək çətin olmayacaqmı?
- Çətinlik ola bilər olsun, əlbəttə ki, bir komandanı idarə etmək bilirəm necə çətindi və iki komandanı idarə etmək bundan da ağır olacaq. Amma Azərbaycan futbolu naminə bu addımı atmalıyıq, çətinliyə fikir verməməliyik. Bu elə bir oyundu ki, elə idman növüdü ki, burada çətinlik, əziyyət çəkməsən, işə daha çox vaxt ayırmasan, onu etmək çətindi. Ona görə, nə qədər çətin olsa da, inşallah, yaxşı işi davam etdirməyə çalışacağıq.
 
- Gənc futbolçuların Azərbaycanda yetişdirilməsi, kifayət qədər təcrübə qazanması və beynəlxalq arenalarda uğurlu olması üçün sizcə nə dəyişdirilməlidi, bununla bağlı planlarınız varmı?
- Bu gün buna tam cavab verə bilmərəm. Bunlar hamısı müzakirə olunmalıdı, bir günün işi deyil. Bunu inkişaf etdirməyə, yaxşılaşdırmağa çalışacağıq. Əfsuslar olsun ki, bu gün mən sizə artıq məlumat verə bilməyəcəm. Məlumat verilsə belə, bu, 2, 5, 10, dəqiqənin cavabı deyil. Ona görə də, dediyim kimi, işimə həddindən çox vaxt ayırmalıyam.
 
- “Qarabağ”la ədlə etdiyiniz uğurlar Azərbaycan futbolunda müqayisəsizdi. Azərbaycan futbolunun zirvəsində olduğunuz vaxtda, milliyə də rəhbərlik etmək qərarı vermək çətin idimi?
- Əlbəttə ki, qərar asan deyildi. Amma dediyim kimi, mənim borcum, boynuma düşən vəzifə Azərbaycan futboluna xidmət etməkdi. Çünki neçə illərdi bu işin içindəyəm, futbol oynamışam, həyatımın əksər hissəsini burada keçirmişəm. İş baxımından bu qərar nə qədər ağır və çətin olsa da, borcumdu.
 

 

 

 

Tarix: 18 Noyabr [18:00]
Oxunub: 122 dəfə
Müəllif: Aut.az

Qurban Qurbanovdan milli üzvlərinə sərt mesaj - MÜSAHİBƏ

Aut.az

"Azərbaycan futbolu naminə bu addımı atmalıyıq" - Qurban Qurbanov

Aut.az

"Qardaşımı futboldan uzaqlaşdırdım, bu günə qədər də deyinir" - Rəşad Sadıqov

Aut.az

"Savadlı fəhləni savadsız futbolçudan üstün sayıram" - MÜSAHİBƏ

Aut.az

” BİR DƏ AYILIRSAN Kİ, NƏ EV VAR, NƏ MAŞIN, NƏ DƏ…” – MÜSAHİBƏ

Aut.az

"Neftçi"nin veteranı həndbola üz tutdu: "Almaniyada itlərin hörməti bizdən çoxdur" - MÜSAHİBƏ

Aut.az

Rəşad Sadıqov: Onun məşqçiliyini qoyuram bir qırağa, anormal insan idi MÜSAHİBƏ

Aut.az

Millət vəkili "Neftçi"ni komanda saymır - MÜSAHİBƏ

Aut.az

Səlahət Ağayev "Neftçi"də özünü xoşbəxt saymır - MÜSAHİBƏ

Aut.az

"Qarabağ"ın rəsmisi: "Öz azarkeşlərimizə 5, rəqibə isə 100 manata bilet satmağımızı UEFA qəbul etməz" MÜSAHİBƏ

Aut.az