"Çelsi" "Qarabağ"a uduzsa, Konte saqqalını qırxacaq

"Çelsi" komandasının baş məşqçisi Antonio Konte bu gün səfərdə "Vest Bromviç"lə keçirəcəkləri İngiltərə Premyer Liqasının XII tur matçından əvvəl mətbuat konfransına üzütüklü halda qatılıb. Bu görkəmi ilə italiyalı mütəxəssis jurnalistlərin təəccübünə səbəb olub.
 
Konte həyat yoldaşının istəyi ilə saqqal buraxdığını açıqlayıb: "Həyat yoldaşım dedi ki, sifətdə tük yetişdirməyi bir dəfə sınaqdan çıxar. Bunu ilk dəfədir edirəm. Qarşıdakı görüşə baxacağıq. Görək, mənə uğur qazandıracaq, yoxsa... Zahiri görkəmimi yalnız xanımım belə istədiyi üçün dəyişməyə çalışacağam".
 
"İlk məğlubiyyətinizədək saqqal qalacaqmı?" sualına isə 48 yaşlı mütəxəssis ucadan gülərək cavab verib "Bəli. Ümidvaram ki, mövsümün sonlarında mənim böyük saqqalım olacaq".
 
Qeyd edək ki, "Vest Bromviç" - "Çelsi" matçı Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Daha sonra "zadəganlar" noyabrın 22-də Çempionlar Liqasının V tur oyununda "Qarabağ"ın qonağı olacaqlar. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq.
Tarix: 18 Noyabr [14:00]
Oxunub: 95 dəfə
Müəllif: Aut.az

"Olimpiya" Bakıya itkilələ gəlir

Aut.az

"Qarabağ"dan möhtəşəm aksiya

Aut.az

Arif Daşdəmirov futbvolleyə üz tutdu

Aut.az

“Qarabağ” - “Olimpiya” matçını hansı kanal yayımlayacaq?

Aut.az

"Xan Lənkəran" aktivlərini 1 milyon manatadək artıra biləcək?

Aut.az

"Səbail" Qətər klubu ilə qarşılaşacaq

Aut.az

Azərbaycanlı FİFA referisi haqda:"Mən nə biləydim ki, bu insan cildində şeytandır" - ŞOK

Aut.az

“Sabah” Super Liqa klubu ilə qarşılaşacaq

Aut.az

"Neftçi"nin oyunu yunanlara əmanət

Aut.az

“Proqres” - “Qəbələ” matçının hakimləri məlum oldu

Aut.az