Şumaxeri çempionluğa aparan avtomobil rekord qiymətə satıldı

Tarixin əfsanəvi pilotu Mixael Şumaxeri 2001-ci ildə çempionluğa aparan avtomobil rekord qiymətə satılıb.
M.Şumaxerin I Dünya Çempionatında Monako Grand Prizini qazandığı zaman idarə etdiyi “Ferrari” markalı avtomobil 7 milyon 504 min dollara satılıb.
Avtomobil ABŞ-ın Nyu-York şəhərindəki “Sotheby” hərrac evində yeni sahibinə qovuşub. Beləliklə, avtomobil bu günə qədər satılan ən bahalı “Formula 1” avtomobili kimi rekord qırıb.
Hərrac evi satışdan gələn gəlirin bir qismini “Mübarizəyə davam” (Keep Fighting) vəqfinə bağışlayacaq.
Qeyd edək ki, kariyerası ərzində 7 dəfə “Formula 1” çempionu olan M.Şumaxer 2013-cü ildə Alp dağlarında xizək sürərkən yıxılaraq ağır xəsarətlər almışdı. M.Şumaxerin reabilitasiya müalicəsi 2014-cü ildən etibarən İsveçrədəki evində davam edir.
Tarix: 17 Noyabr [19:20]
Oxunub: 43 dəfə
Müəllif: Aut.az

Prezidentin idmançılarla maraqlı - FOTOLAR

Aut.az

Gələn il daha 3 Olimpiya Kompleksi tikiləcək

Aut.az

Anar Məmmədovun külli miqdarda borcu var: kütləvi istefalar başladı

Aut.az

“Qarabağ” Azərbaycanı ləyaqətlə təmsil etdi” - İlham Əliyev

Aut.az

Millimizin sabiq üzvü əkiz anası oldu

Aut.az

8 yaşlı azərbaycablı 2 qızıl medal qazandı

Aut.az

Polis millimizin üzvlərini saxladı - Azərbaycanda

Aut.az

Azərbaycan çempionatının "Sarı it"ləri - SİYAHI

Aut.az

Federasiya radikal qərarlarını açıqladı

Aut.az

Klub prezidenti axtarışda

Aut.az