Dünya çempionundan zəlzələ qurbanlarına möhtəşəm JEST

İranlı Olimpiya çempionu Kianouş Rüstəmi ölkəsində baş verən 7,3 bal gücündəki zəlzələdən sonra xalqına dəstək olmaq üçün qızıl medalını hərraca çıxarıb.
"Rio 2016" çempionluğunda yarışan atlet bu təşəbbüsünü instaqram vasitəsilə bildirib.
O, zəlzələdən ən çox təsirlənən Kirmanşahda özünün də evinin olduğunu xatırladıb və “Rio 2016-da qazandığım qızıl medalı əsl sahiblərinə - xalqıma geri qaytarıram. Hərracdan əldə ediləcək gəlirlərin hamısı zəlzələdən əziyyət çəkən insanlara yardım üçün istifadə ediləcək” şərhini yazıb.
İdmançının bu təşəbbüsü sosial mediada geniş maraq doğurub. Atıcılıq üzrə çempion olan Sara Cavanmardi də kampaniyaya qaşularaq öz medallarını satışa çıxarıb.
Qeyd edək ki, ötən günlərdə İran-İraq sərhədində baş verən zəlzələ zamanı 530 nəfər həlak olub, 8000-dən çox insan yaralanıb. Minlərlə insan isə evsiz qalıb.
Tarix: 17 Noyabr [13:45]
Oxunub: 105 dəfə
Müəllif: Aut.az

Bakıda idmançı polis qardaşını öldürüb – “Yatsam, yuxuma girməzdi…”

Aut.az

“Korrupsiya qalmaqalları idman nazirlərinin arasında olur” – Azad Rəhimovun iddiasına reaksiya

Aut.az

Günün oyunları - TV

Aut.az

"Qarabağ"la oyunda zədələnən futbolçu məşqlərə başladı

Aut.az

Günün oyunları - TV

Aut.az

Əməliyyat olundu

Aut.az

İdman tarixində ən bahalı müqavilə imzalandı

Aut.az

Rəcəbli 8-ci dəfə dünya çempionu oldu

Aut.az

Bu gün Azərbaycanın Müstəqillik Günüdür

Aut.az

Millimizin iki üzvü Finlandiya klubunda

Aut.az