UEFA Pedro Enrikeni cəzalandırdı

UEFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Pedro Enrikeni 2 oyunluq cəzalandırıb. Buna səbəb braziliyalı legionerin Çempionlar Liqasının "Atletiko" ilə səfər matçında birbaşa qırmızı vərəqə alması olub.
 
Pedro "Qarabağ"ın noyabrın 22-də Bakıda İngiltərənin "Çelsi", dekabrın 5-də isə İtaliya paytaxtında "Roma" ilə keçirəcəyi görüşlərdən kənarda qalacaq.
 
Qeyd edək ki, Pedro Enrike Madriddə keçirilmiş oyunun 59-cu dəqiqəsində "Atletiko"nun müdafiəçisi Dieqo Qodinin sifətinə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb. 1:1 hesabı ilə yekunlaşan matçda meydan sahiblərinin futbolçusu Stefan Saviç də qırmızı vərəqə alıb. Lakin o, 88-ci dəqiqədə ikinci "sarı” ilə komandasını azlıqda qoyub. Braziliyalı oyunçu "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifidir. O, sentyabrın 27-də Bakıda "Roma" ilə II tur matçında fərqlənib. Lakin Azərbaycan komandası görüşü məğlubiyyətlə başa vurub - 1:2. 
 
Pedro 2017-ci ilin yanvarında Fransanın "Renn" klubundan PAOK-a 1,6 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 3 milyon avro qiymət qoyub. 27 yaşlı braziliyalı futbolçu bu dəyərlə "Qarabağ"ın ən bahalı futbolçusudu.
 
"Qarabağ"a sentyabrın 1-də qoşulan Pedro Premyer Liqa və Çempionlar Liqasındakı 10 oyunda 2 qol vurub. 
Tarix: 17 Noyabr [10:30]
Oxunub: 110 dəfə
Müəllif: Aut.az

"Olimpiya" Bakıya itkilələ gəlir

Aut.az

"Qarabağ"dan möhtəşəm aksiya

Aut.az

Arif Daşdəmirov futbvolleyə üz tutdu

Aut.az

“Qarabağ” - “Olimpiya” matçını hansı kanal yayımlayacaq?

Aut.az

"Xan Lənkəran" aktivlərini 1 milyon manatadək artıra biləcək?

Aut.az

"Səbail" Qətər klubu ilə qarşılaşacaq

Aut.az

Azərbaycanlı FİFA referisi haqda:"Mən nə biləydim ki, bu insan cildində şeytandır" - ŞOK

Aut.az

“Sabah” Super Liqa klubu ilə qarşılaşacaq

Aut.az

"Neftçi"nin oyunu yunanlara əmanət

Aut.az

“Proqres” - “Qəbələ” matçının hakimləri məlum oldu

Aut.az