Aslandan Hacıyevə atmaca: “İki metrdən deyiləni eşitmir...”

Samir Ələkbərovun Kosovo ilə oyundan sonrakı mətbuat konfransında dedikləri gündəmi zəbt edib.
 
Aut.az xəbər verir ki, çalışdırıcı konfransda "Böyükağa Hacıyevdən üzr istəyirəm. Amma nəyə görə belə etdiyimi demək istəmirəm. Özündən soruşarsınız, deyər. Almaniyada məni harada tuturdusa, deyirdi ki, qulaq as. Üzr istəyirəm ki, ona qulaq asmadım” deməklə hansısa gizli problemdən bəhs etmişdi.
 
Növbəti gün isə Hacıyev bütün "kartları” açdı. Məlum oldu ki, Almaniyada millini Məşqçilər Komitəsinin üzvü kimi müşayət edən Böyükağa bəy Ələkbərova Aslan Kərimovun davranışlarıyla bağlı fikrini çatdırıb. Deyilənə görə, Aslan Kərimov özünü millinin baş məşqçisi kimi aparır, futbolçulara Ələkbərovdan fərqli tapşırıqlar verirmiş.
 
"Futbol+” qəzeti Aslan Kərimovun özündən deyilənlərlə bağlı mövqe öyənib. Maraqlıdı ki, Kərimov söhbət əsnasında Böyükağa Hacıyevin səhhətinə də işarə vurmaqdan çəkinməyib.
 
Sitat: "Mən öz fikrimi, görüb-bildiyimi demişəm. Samir Ələkbərovla mətbuat vasitəsiylə danışmaq fikrim yoxdu. Məşq vaxtı səsim kiminsə səsindən gur çıxırsa, hansısa futbolçuya irad bildirib, yaxud tərif yağdırıramsa, bu normaldı. Mən ora "fişka” düzməyə getməmişdim.
 
Böyükağa Hacıyev Aslanın artıq hərəkətini harda görüb ki? Almaniyada olanda məşqlərə baxmırdı. Belədə orda nə baş verdiyini hardan bilir? Pis çıxmasın, iki metrdən deyiləni eşitmir, mənim kimə nə dediyimi hardan eşidib?”
 
Xatırladaq ki, Aslan Kərimov AFFA-nın keçirdiyi məşqçilik kurslarında da dərs deyir.
Tarix: 16 Noyabr [13:50]
Oxunub: 91 dəfə
Müəllif: Aut.az

Coşqun Diniyev evləndi

Aut.az

İlk baş məşqçi dəyişikliyi - Azərbaycanda

Aut.az

"Neftçi"dən ilk qış transferi

Aut.az

"Neftçi" daha 7 futbolçusunu göndərir

Aut.az

"Qarabağ" beynəlxalq turnirə dəvət aldı

Aut.az

Nazim Süleymanov əfsanələrin oyununda - FOTOLAR

Aut.az

Qış transfer pəncərəsinin vaxtı müəyyənləşdi - Azərbaycanda

Aut.az

“Traktorsazi”dən “Zirə”yə dəvət

Aut.az

Ölkə kubokuna maraq nə qədərdi?

Aut.az

Azərbaycanın 2018-ci il üçün FIFA referiləri açıqlandı

Aut.az