Canlı əfsanədən maraqlı qərar

İngiltərə futbolunun canlı əfsanəsi Alan Şirer gözlənilməz və maraqlı qərar qəbul edib.
 
Britaniya mətbuatı sabiq hücumçunun beynini bağışladığını açıqlayıb.
 
 
BBC kanalında hazırlanan bir verilişdə oyunçuların karyeraları ərzində dəfələrlə topa başla vurmaları, sərt zərbələri başla geri qaytarmaları demans xəstəliyinə səbəb ola biləcəyi bildirilib. Proqramın şərhçilərindən olan Alan Şirer isə bu məsələnin futbolda ciddiyə alınmadığını söyləyib və beynini bağışladığını açıqlayıb:
 
"47 yaşım var və yaxın gələcəkdə xəstəliyə tutulmaqdan qorxuram. Həkim nevropatoloq Uilli Styuartla hazırladığımız lazımi sənədlərə qol çəkdim. Mən öldükdən sonra demansın futbola təsirinin araşdırılması üçün beynimdən istifadə olunmasına icazə verdim”.
 
Alan Şirer 1992-2000-ci illərdə İngiltərə millisinin heyətində 63 oyun keçirib, 30 qola imza atıb.
Tarix: 14 Noyabr [20:40]
Oxunub: 69 dəfə
Müəllif: Aut.az

Bu gün "Qalatasaray" çempion olsa, tarixi hadisə baş verəcək

Aut.az

Kabab qonaqlığı verdi

Aut.az

Terrorçular stadionu partlatdı: 8 ölü, 45 yaralı - FOTO

Aut.az

"Astana"nın 11 oyunçusu millimizlə matça çağırıldı

Aut.az

“Parma” yenidən A Seriyasında

Aut.az

Vyana “Qarabağ”ına 1 qol bəs etdi

Aut.az

"Qalatasaray"ın futbolçusu İtaliya klubunda

Aut.az

Türkiyə millisinə "Qalatasaray"dan futbolçu çağırılmadı

Aut.az

Arda Turanın həyat yoldaşı xəstəxanalıq oldu

Aut.az

“Yuve” Buffonun yerinə qapıçı tapdı

Aut.az