Mundiala yüksələn komandanın baş məşqçi paltardəyişmə otağını təmizlədi

İsveç millisinin baş məşqçisi Yann Andersson nümunəvi hərəkətlə yadda qalıb. DÇ-2018-in pley-off mərhələsində İtaliya ilə matçdan sonra 55 yaşlı mütəxəssisin addımı mətbuatın gündəmindən düşmür.
 
Milandakı cavab görüşünün əvvəlində İsveçin himnini bitə basan yerli azarkeşlərə Andersson ən gözəl cavabı qarşılaşmadan sonra verib. Belə ki, paltardəyişmə otağında mundiala vəsiqənin sevincini yaşayan qonaq komandanın futbolçuları oranı zibilliyə çeviriblər. Ancaq onlar otağı tərk etdikdən sonra Andersson su qablarını və artıq əşyaları toplayıb. Köməkçi məşqçilərdən Daniel Ekvall təcrübəli mütəxəssisin şəklini çəkərək, tvitter səhifəsində paylaşıb və bu sözləri yazıb: “Gələn yay Rusiyanı da təmizləyəcəyik”.
 
Qeyd edək ki, öz meydanında 1:0 hesablı qələbə qazanan İsveç İtaliyada rəqibi ilə qolsuz bərabərə qalaraq, “Skuadra Adzurra”nı mundialdan kənarda saxlayıb.
Tarix: 14 Noyabr [20:20]
Oxunub: 39 dəfə
Müəllif: Aut.az

Usmanov daha bir klubu alır

Aut.az

Milli komanda başsız qaldı

Aut.az

Əzizov yenə oynamadı, komandası qalib gəldi

Aut.az

Paşayevin komandası “Şaxtyor”a qalib gəldi

Aut.az

Pepe heyətdən çıxarıldı

Aut.az

"Mavi" olduğu deyilən "Çelsi"nin futbolçusundan çirkin cavab: "Anan bilir"

Aut.az

UEFA Danimarkaya texniki məğlubiyyət verdi

Aut.az

"Çelsi" Bakıya 1000 nəfərlə gəlir

Aut.az

"Çelsi" 1,1 milyard avroya stadion tikir

Aut.az

Türk klubunun tək rəqibi

Aut.az