Rusiyalı milyarder Türkiyədə klub sahibi olur

Rusiyalı milyarder Mixail Prokorov Türkiyə ikinci liqa təmsilçisi “Karşıyaka”ya sahib ola bilər.
 
Onun klubun sabah keçiriləcək konqresində şirkətləşəcəyi gözlənilən futbol şöbəsinin başına keçəcəyi gözlənilir. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə rus iş adamının klubun futbol şöbəsini ötən bazar günü İzmirə gələn Rumıniya futbolunun əfsanələri, vaxtilə “Qalatasaray”da çıxış etmiş George Haci və George Popeskuya həvalə edəcəyi qeyd edilib. Prokorovun bu addımı atmasına səbəb kimi hər iki keçmiş futbolçunun Türkiyə futboluna yaxından bələd olması göstərilib.
 
Xatırladaq ki, Prokorovun ümumilikdə 9 milyarda yaxın sərvətin sahibi olduğu deyilir. 52 yaşlı iş adamı 2012-ci ildə Rusiya prezident seçkilərində Vladimir Putinə rəqib olmuşdu. 2.03 metr boya malik olan biznesmenin əsas maraq dairəsi isə basketboldu.
 

 

 
Tarix: 14 Noyabr [19:00]
Oxunub: 44 dəfə
Müəllif: Aut.az

Usmanov daha bir klubu alır

Aut.az

Milli komanda başsız qaldı

Aut.az

Əzizov yenə oynamadı, komandası qalib gəldi

Aut.az

Paşayevin komandası “Şaxtyor”a qalib gəldi

Aut.az

Pepe heyətdən çıxarıldı

Aut.az

"Mavi" olduğu deyilən "Çelsi"nin futbolçusundan çirkin cavab: "Anan bilir"

Aut.az

UEFA Danimarkaya texniki məğlubiyyət verdi

Aut.az

"Çelsi" Bakıya 1000 nəfərlə gəlir

Aut.az

"Çelsi" 1,1 milyard avroya stadion tikir

Aut.az

Türk klubunun tək rəqibi

Aut.az