"Panatinaikos" 3-cü liqaya düşür

Yunanıstanda 8 ildi davam edən maliyyə böhranı ölkənin köklü klublarından olan "Panatinaikos"u iflas həddinə gətirib. Məşhur klubun futbol komandası güclülər dəstəsini tərk edəcək, gələn mövsüm yeni adla 3-cü liqada mübarizə aparacaq.
 
"Panatinaikos" uzun müddətdi futbolçularına, məşqçilərinə, işçilərinə və federasiyaya borclarını ödəyə bilmir. Bu səbəbdən bir çox futbolçunun tezliklə FIFA-ya üz tutması gözlənilir.
 
Yunanıstan mediasının məlumatına görə, "Panatinaikos" bu mövsümün sonunda Super Liqanı tərk edəcək. Klubun adı dəyişdiriləcək və yeni mövsümdən 3-cü liqada mübarizəyə başlayacaq. 
 
"Gazeteduvar"ın məlumatına görə, "Panatinaikos"un yolunu bir neçə il əvvəl AEK klubu keçmişdi. İflasa uğrayan klubu 3-cü liqaya düşmüş və yenidən formalaşdırılaraq bir neçə il içində Super Liqaya və avrokuboklara dönmüşdü.
 
"Panatinaikos" artıq hazırlıqlara başlayıb. Klub gələn mövsüm üçün 17 gənc futbolçu ilə anlaşıb. 
 
 
Qeyd edək ki, "Panatinaikos" iki dəfə Avropa Liqaında "Qəbələ"yə rəqib olub. 2015/16 mövsümündə turnirin "pley-off" mərhələsində "qırmızı-qaralar"ın qarşısına çıxan yunan klubu mübarizəni dayandırmışdı. Bakıdakı oyun 0:0 hesabı ilə başa çatmış, cavab görüşündə "Qəbələ" qollu heç-heçə sayəsində mərhələ adlamışdı - 2:2.
 
"Panatinaikos" bu yay da Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Qəbələ"yə rəqib olmuşdu. Yunanıstan klubu evdə 1:0, Bakıda 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə çıxan tərəf olmuşdu.
 
Onu da qeyd edək ki, "Panatinaikos" klubu 1908-ci ildə yaradılıb. 109 yaşlı Afina klubu tarixi ərzində 20 dəfə Yunanıstan çempionu, 18 dəfə ölkə kubokunun, 3 dəfə Super Kubokunun qalibi olub. "Panatinaikos" 1985 və 1996-cı illərdə Çempionlar Liqasının yarımfinalında, 1971-ci ildə finalında oynayıb. 
Tarix: 14 Noyabr [18:40]
Oxunub: 82 dəfə
Müəllif: Aut.az

DÇ-2018: Polşa Seneqala uduzdu

Aut.az

17 milyonluq təklifi rədd etdilər

Aut.az

DÇ-2018: Kolumbiya - Yaponiya matçının ən yaxşısı

Aut.az

DÇ-2018: Terrorçulardan qaçıb məşhurlaşan futbolçu - FOTOLAR

Aut.az

DÇ-2018: Qolovin qol vurdu, qadın həyəcandan doğdu

Aut.az

DÇ-2018: Kolumbiya uduzdu

Aut.az

"Mançester Yunayted"in ulduzu Neymarla belə məzələndi - FOTO

Aut.az

“Olimpiya”ın kapitanı: “Rəqib çətin olsa da, məğlubedilməz deyil”

Aut.az

Mundialda ilk qırmızı vərəqə

Aut.az

“Fənərbaxça” yeni baş məşqçini Hollandiyada tapdı

Aut.az