Öldükdən 2 il sonra klub rəsmisi seçildi

Türkiyə futbolunda daha bir ilginc hadisə baş verib. Klubun Divan Kurulunun üzvü öldükdən 2 il sonra bu vəzifəyə seçilib.
 
"Gənclərbirliyi" klubunun sabiq prezidentlərindən Osman Şefik İnanın oğlu professor Faiq Yüksel İnan 2015-ci ilin 10 mayında klubun konqressində Divan Kurulunun üzvü seçilib. Bundan bir müddət sonra - 2015-ci ilin 22 iyununda isə vəfat edib. Bir gün sonra "Gənclərbirliyi" klubu "Vəfat və Başsağlığı" başsağlığı ilə mesaj yayımlayıb. Mərhum 24 iyun 2015-ci ildə dəfn edilib.
 
Amma Faiq Yüksel İnanın adı vəfat etdikdən 2 il sonra Divan Kurulunun üzvləri arasında yer alıb. Klubun prezidenti İlhan Cavcav bu ilin 22 yanvarında vəfat etdiyindən 17 fevralda klubun konqressi keçirilib. Murat Cavcavın prezident seçildiyi konqressdə Faiq Yüksel İnanın adı Divan Kurulunun ehtiyat üzvləri sırasına yazılıb.
 
Əvvəllər "Gənclərbirliyi"nin prezidenti olmuş, hazırda Divan Kurulunun sədri olan Hasan Şengel bununla bağlı açıqlamasında "Allah rəhmət eləsin. Vəfatından sonra onun adını seçiləcək siyahıya salıblar, ehtiyat üzv seçilib. Klubun konqressi İnanın ölümündən sonra keçirilib. Siyahını görməmişik. Təəssüf ki, heç kim fikir verməyib. Hələ də siyahıda ehtiyat üzv olaraq qalır" deyib. 
Tarix: 14 Noyabr [12:40]
Oxunub: 37 dəfə
Müəllif: Aut.az

Usmanov daha bir klubu alır

Aut.az

Milli komanda başsız qaldı

Aut.az

Əzizov yenə oynamadı, komandası qalib gəldi

Aut.az

Paşayevin komandası “Şaxtyor”a qalib gəldi

Aut.az

Pepe heyətdən çıxarıldı

Aut.az

"Mavi" olduğu deyilən "Çelsi"nin futbolçusundan çirkin cavab: "Anan bilir"

Aut.az

UEFA Danimarkaya texniki məğlubiyyət verdi

Aut.az

"Çelsi" Bakıya 1000 nəfərlə gəlir

Aut.az

"Çelsi" 1,1 milyard avroya stadion tikir

Aut.az

Türk klubunun tək rəqibi

Aut.az