Göz qamaşdıran məbləğ

Futbolun ən böyük ulduzlarından biri olan Neymar 25 yaşında olmasına baxmayaraq artıq dünyanın ən çox qazanan idmançılarından biri olmağı bacarıb. Braziliyalı ulduz artıq klub səviyyəsində 250, milli formada 50 qol həddini geri qoyub. Bu ilin yayında 222 milyon avroya "Barselona"dan PSJ-yə keçən futbolçu indi dünyanın ən varlı idmançılarından biridi.
 
Neymar nə qədər qazanır?
 
 
"Football Leaks"ın əldə etdiyi məlumatlara görə, Neymar PSJ-dən ildə 36,8 milyon avro maaş alacaq. Bu həftədə 700 min avro deməkdi. O, "Barselona" ilə 2016-cı ildə imzaladığı müqavilədən həftədə 300 min avro qazanırdı.
 
Buna baxmayaraq, Neymar hələ ən çox qazanan futbolçu ola bilməyib. O, bu siyahıda hazırda Çində çıxış edən Karlos Tevezdən geri qalır. Argentinalı ulduz ildə 38,4 milyon avro qazanır.
 

Zaman

Qazanc

Saniyədə

1.16 auro

Dəqiqədə

70auro

Saatda

4 min 200auro

Gündə

100 min 821auro

Həftədə

707 min 692auro

Ayda

3 milyon 70 min avro

İldə

36 milyon 800 min avro

 
 
Neymarın hansı sponsorluq müqavilələri var?
 
 
"Forbes"in 2016-cı ildə apardığı araşdırmada Neymarın həmin vaxt "Barselona"da alıdığı maaş dəyərləndirilmiş və məlum olmuşdu ki, meydandan kənarda meydandakından çox qazanan yeganə futbolçudu. Braziliyalı ulduz 2016-cı ildə sponsorluq müqavilələri ilə 18 milyon avro qazanıb.
 
Kriştiano Ronaldonun sponsorluq müqavilələrindən əldə etdiyi gəlir ümumi qazancının 36, Lionel Messidə 34 faizini təşkil edir. Neymarda isə bu rəqəm 61 faiz idi. PSJ-yə transferindən sonra isə bu vəziyyt dəyişib.
PSG'ye transfer oldugundan bu yana bu durum degisti.
 
Neymarın ölkəsi Braziliyadakı statusu Messi və Ronaldoya nisbətən daha yüksəkdi. Argentinalılar Messiyə yetərincə sahib çıxmadı, Ronaldo kiçik dövlət olan Portuqaliyada yaşayır. Neymar isə düz 200 milyonluq ölkənin idealına çevirilib.
 
Neymar ən böyük sponsorluq müqavilələrini "Claro", "Nike", "Panasonic", "Gillette" və "Red Bull" kimi nəhəng markalarla bağlayıb.
 
Neymar futboldan başqa hansı işlərlə məşğuldu?
 
 
Braziliyalı ulduz sadəcə futbolla maraqlanmır. O, "xXx: Return of Xander Cage" adlı filmdə rol almaqdan tutmuş özünə aid emoji klavyaturası istehsal etməsinə qədər bir çox işlə məşğul olub.
 
Neymar həmçinin anası Nadine Qonçalveslə birlikdə "NN Consultoria" adlı konsaltinq şirkətinin şərikidi. Bu şirkət Neymarın imicini genişləndirməsi məqsədi ilə yaradılsa da, Yay Olimpiya Oyunlarının qızıl medalçısı Tyaqo Braz və "Santos" akademiyasının yeni ulduzu Artur Qomes kimi idmançıların da imic çalışmaları ilə məşğuldu.
 
Neymar hansı xeyriyyə tədbirlərində iştirak edir?
 
 
Neymar "İnstituto Projeto Neymar Jr" adlı bir xeyriyyə fondu qurub. Bu fond Neymarın uşaqlağını keçirdiyi Praya Qrande şəhərində yaradılıb. Fond bölgədə ağır vəziyyətdə yaşayan uşaqların təhsilini, bədi yaradıcılığını və idman xərclərini ödəyir, inkişafa dəstək verir. Yaradılan bazada 2470 uşağa xidmət edilir.
 
Neymarın təmiz gəliri nə qədərdi?
 
 
Cari məlumatlara görə, Neymarın illik gəliri 90 milyon avroya bərabərdi. Bu isə Messi və Ronaldonun gəlirlərindən biri qədər azdı. PSJ-yə bu yay baş tutan transferi onun gələcək aylarda gəlirlərinin kəskin şəkildə artacağını deməyə əsas verir. Neymarın imicini zədələyn yeganə məqam Braziliyada yaşadığı vergi problemidi. Amma bu anlaşılmazlığın 2 milyon avro ilə həll olunacağı gözlənilir.
Tarix: 14 Noyabr [12:30]
Oxunub: 41 dəfə
Müəllif: Aut.az

Usmanov daha bir klubu alır

Aut.az

Milli komanda başsız qaldı

Aut.az

Əzizov yenə oynamadı, komandası qalib gəldi

Aut.az

Paşayevin komandası “Şaxtyor”a qalib gəldi

Aut.az

Pepe heyətdən çıxarıldı

Aut.az

"Mavi" olduğu deyilən "Çelsi"nin futbolçusundan çirkin cavab: "Anan bilir"

Aut.az

UEFA Danimarkaya texniki məğlubiyyət verdi

Aut.az

"Çelsi" Bakıya 1000 nəfərlə gəlir

Aut.az

"Çelsi" 1,1 milyard avroya stadion tikir

Aut.az

Türk klubunun tək rəqibi

Aut.az