“Kəpəz”də növbəti yoxlama: Nərimanoğlunun şərikləri müəyyənləşir

"Kəpəz”də nisbi sakitlikdi. Mikayıl Nərimanoğlunun bu klubun Müşahidə Şurasından geri çağırılması ilə başlayan qalmaqal sakitləşmiş kimi görünür. Amma...
 
Bu həftə Gəncədə audit yoxlamasının növbəti mərhələsi başlayır. Bu dəfə klubun icraçı direktoru Cabir İbrahimov və mühasib Mənsurə Məmmədovanın əməlləri araşdırılacaq. Cabir bəyin başlatdığı araşdırmalar indi onun özünün üzərinə yönəlir və o, imzaladığı qanunsuz sənədlərin hesabatını verəcək.
 
Məmmədova da sudan quru çıxa bilməyəcək. Müsahibə verərək hamını ittiham edən xanım mühasib, bununla təlaşlı olduğunu göstərmişdi. Lakin onun hamını ittiham etməsi, hətta AFFA-nın baş katibi Elxan Məmmədovu sifarişçi kimi qələmə verməsi günahsız olduğunu deməyə əsas vermir. Belə hal olubsa da, sənədləri hazırlayan şəxs odur, imzası, razılığı var, deməli, məsuliyyət daşıyır. Hətta hansısa tapşırıq gəlibsə də, Mənsurə xanım buna vaxtında etiraz etməliydi. İndi hansısa etiraflarla gündəmə gəlməsi onun günahını azaltmır.
 
İstənilən halda, budəfəki yoxlamalar bu iki şəxsin də taleyini müəyyənləşdirəcək. AFFA-nın mətbuat xidmətindən də qovulan Nərimanoğlunu isə bir də iş başında görməyəcəyik. AFFA-nın komitələrində hansısa postu tutacağıyla bağlı deyilənlər sadəcə, bir müddət onu qorumağa, maliyyə yeyintiləri xəbərlərinin şokunu yumşaltmağa hesablanmışdı. Mikayıl bəyin səhvləri bağışlanmazdı və o, futbol təsərrüfatından birdəfəlik qovulub.
 
Məmmədova və İbrahimovla bağlı araşdırmalar yekunlaşandan sonra Nərimanoğlu bir də yada düşəcək. Bu dəfə maliyyə kəsirlərini aradan qaldırmaq, büdcədə çatmayan məbləği yerinə qoymaq üçün...
 
Futbolinfo.az 
Tarix: 13 Noyabr [17:20]
Oxunub: 123 dəfə
Müəllif: Aut.az

“Qarabağ” - “Olimpiya” matçını hansı kanal yayımlayacaq?

Aut.az

"Xan Lənkəran" aktivlərini 1 milyon manatadək artıra biləcək?

Aut.az

"Səbail" Qətər klubu ilə qarşılaşacaq

Aut.az

Azərbaycanlı FİFA referisi haqda:"Mən nə biləydim ki, bu insan cildində şeytandır" - ŞOK

Aut.az

“Sabah” Super Liqa klubu ilə qarşılaşacaq

Aut.az

"Neftçi"nin oyunu yunanlara əmanət

Aut.az

“Proqres” - “Qəbələ” matçının hakimləri məlum oldu

Aut.az

“Sabah”la “Zirə” heç-heçəyə razılaşdılar

Aut.az

Mübariz Mənsimovdan “Xəzər Lənkəran” açıqlaması

Aut.az

Millimizin üzvü İspaniya klubunda

Aut.az