"Mikayıl Nərimanoğlu AFFA-da heç bir vəzifə tutmur" - Firuz Abdulla

"Kəpəz"də baş verən maliyyə qalmaqalı ilə bağlı araşdırmalar hələ davam edir. Audit yoxlamasının nəticələri hələ ki, ictimaiyyətə açıqlanmır. Bundan əlavə qalmaqalda adı hallanan əsas şəxs, qurumun sabiq sözçüsü Mikayıl Nərimanoğlu yenə AFFA-da qalıbmı?
 
Elxan Məmmədov 6 gün aralığında Mikayıl Nərimanoğluyla bağlı iki fərqli açıqlama verib. Birində ona hər hansı komitədə koordinator vəzifəsi veriləcəyini, digərində isə onun kənarlaşdırıldığını söyləyib. İndi bilmək olmur, Mikayıl bəy AFFA-da vəzifə tuturmu, tutursa o vəzifənin adı nədir? Adı maliyyə yeyintisində hallanan bir şəxsi ən azından araşdırmalar bitənə qədər niyə AFFA-dan uzaqlaşdırmırlar? Audit yoxlamalarının nəticəsi nə vaxt ictimaiyyətə və mətbuata açıqlanacaq?
 
Məsələ ilə bağlı Assosasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə danışdıq. Firuz bəy Sport7.az-a açıqlamasında bunları söylədi:
 
"Hələ ki, Mikayıl Nərimanoğluna konkret heç bir vəzifə verilməyib. Bəzən belə olur, sərəncama götürülmək məsələsi var. Bu məsələ hələ təsdiqlənməyib. Faktiki o AFFA-da heç bir vəzifə tutmur. Amma belə deyək, "Kəpəz"in Müşahidə Şurasının üzvü kimi geri çağrılıb, mətbut xidmətinin rəhbəri kimi də müqaviləsinə xitam verilib. Bilirsiz necədi? Bəzən olur ki, adamı faktiki icra etdiyi işlərdən götürürlər, amma, ərizəsi də alınmır. Sərəncamda qalmaq kimi bir məsələ var. Faktiki AFFA-da heç bir vəzifəyə görə maaş almır.
 
Onun hansısa komitəyə təyin olunub olunmaması ilə bağlı yekun qərar araşdırmalar bitəndən sonra veriləcək. Elxan müəllim konkret hansı Komitəyə təyin olunduğunu deməmişdi. Onunla bağlı hələ dəqiqləşdirmə olmayıb.
 
Araşdırmanın nəticələrinin nə vaxt açıqlanacağına gəlincə, bununla bağlı məlumatım yoxdu. Elxan müəllim demişdi ki, rəyi ictimaiyyətə bildirəcəyik. Hələ ki, konkret nəsə yoxdu".
Tarix: 13 Noyabr [16:20]
Oxunub: 147 dəfə
Müəllif: Aut.az

Haıcyev "Neftçi"də

Aut.az

Şahin Diniyev istefa verdi

Aut.az

"Səbail" və "Zirə" dən qələbə

Aut.az

“Qarabağ” sürprizə hazırlaşır - Türkiyədən xüsusi qrup gəldi

Aut.az

"Çelsi" "Qarabağ"a uduzsa, Konte saqqalını qırxacaq

Aut.az

Elxan Məmmədov geri addım atdı: komitələr ləğv edilir

Aut.az

“Çelsi” imtina etdi, “Qarabağ satışa çıxardı

Aut.az

Azlıqda qalmaq onları bir az da bərkidir - Qurban Qurbanov

Aut.az

Samir Abasov: “Qarabağ” layiqli qələbə qazandı”

Aut.az

“Qarabağ” “Sumqayıt”a azlıqda qalib gəldi

Aut.az