Ərdoğan Ramil Quliyevi nümunə göstərdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan idmanda milliləşdirmənin əleyhinə olmadığını açıqlayıb.
 
"NTV Spor”un qonağı olan dövlət başçısı bu praktikadan bütün dünyada istifadə edildiyini söyləyib. Onun fikrincə, milliləşdirməyə neqativ yanaşmaq faydalı deyil: "İngiltərə, Fransada əcnəbilər oynayır. Kaş ki, öz soyumuzdan olub, torpaqlarımızda yetişərdilər. Lakin bu olmursa və dünyanın bir gerçəyidirsə, buna mənfi baxmağın faydası olmaz”.
 
Ərdoğan Bolqarıstanda doğulan Halil Mutlu və Naim Süleymanoğlu kimi ağırllıqaldıranların Türkiyə idmanına müsbət təsir etdiklərini xatırladıb. O, həmçinin bu il Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda dünya çempionu olan azərbaycanlı Ramil Quliyevi örnək göstərib: "Əlbəttə, Türkiyə vətəndaşlığını qəbul edən şəxs zəif yox, güclü olmalıdır. Naim Süleymanoğlu, Halil Mutlu...Bunlar gəldi, nə oldu? Ağırlıqqaldırmada Türkiyəni bir addım irəli apardılar. Dəyişiklik yaşatdılar. Atletika tarximizdə son olaraq azərbaycanlı qardaşımız Ramil Quliyev çempion oldu. Efiyopiyalı qızımız bizə çempionluq gətirdi. Bunlar olduğu zaman digərlərini də irəli çəkirlər”.
 
Qeyd edək ki, Türkiyə yığmasının heyətində dünya çempionu olan Ramil Quliyev yarışdan sonra onu ilk təbrik edən şəxsin Rəcəb Tayyib Ərdoğan olmasına çox təəccübləndiyini açıqlayıb.
Tarix: 13 Noyabr [11:45]
Oxunub: 43 dəfə
Müəllif: Aut.az

Naim Süleymanoğlu vəfat etdi

Aut.az

Şumaxeri çempionluğa aparan avtomobil rekord qiymətə satıldı

Aut.az

Olimpiya çempionumuz seçim qarşısında - Ya son, ya Türkmənistan

Aut.az

Dünya çempionundan zəlzələ qurbanlarına möhtəşəm JEST

Aut.az

Məşhur tennisçi erməniyə ərə getdi

Aut.az

Hakim oyundan sonra vəfat etdi

Aut.az

Qol.az saytı 9 yaşında!

Aut.az

Prezident Məhəmmədrəsul və Hacı ilə görüşdü - FOTOLAR

Aut.az

İlham Əliyev: "Hər bir insan həftədə heç olmasa üç dəfə idmanla fəal məşğul olsun"

Aut.az

Prezident Olimpiya Kompleksinin açılışını etdi

Aut.az