Elnur Cəfərovu tanıyırsızmı?

Natiq Qasımovu tanıyırsızmı? 1992-ci ildə - 21 yaşında Ağdamda Azərbaycan bayrağı asılı Alban kilsəsində təkbaşına 5 gün, ac-susuz ermənilərə qarşı döyüşüb. Təslim olmadığını görən dığalar, 22 Xocalı sakinini gözü önündə güllələyəcəyini deyiblər. Bunu mənliyinə sığışdırmayan Natiq Azərbaycan bayrağını özüylə götürüb təslim olub. Azərbaycan bayrağı, bu gün də yaşayan 22 xocalılı, 5 gün ac-susuz qalan Natiq. Elnur Cəfərov 5 gün ac qala bilərmi?
Elnur Cəfərovu tanıyırsızmı? Bu “Xəzər Lənkəran”ın ümidi o Cəfərovdu ki, “bir vaxtlar heç vaxt “Neftçi”də oynamaram deyirdi”. Bu gün hardadı sizcə? Bilirsizsə, acı-acı gülürsüz.
Hüseyn Cəbrayıloğlunu tanıyırsız? Azərbaycanın zabiti olub. Murovdağda qulluq edib. Dağda, soyuqda, uçqunun ağzının içində. Həmkarımdı. Böyükağa Hacıyevə “Razıyam “Xəzər Lənkəran” dağılsın, amma “Neftçi”yə uduzmasın” deyən adamdı. Bu gün Tahir Süleymanov demişkən, İbrahimlər, Mahsunlar, Elşənlər, Elnurlar qolu bir kənara qoy, ötürmə verəndə belə hər yanı “dağıdır” ki, bu “xəzər”lidir. Onun dumandan görünməyən meydançada “Neftçi”yə vurulan qoldan sonra üzündəki sevinci görmüsüzmü? Mən görmüşəm, Elnur Cəfərov görübmü? Elnur Cəfərovu tanıyırsızmı? İndi “Neftçi”də oynayır, qol vurmağa çalışır “Neftçi” adına. Görəsən, bundan sonra Hüseynin üzünü görübmü?
Yaşar Vahabzadəni tanıyırsızmı? Ömrünün yarısını məşqçi kimi milli komandalarımızda keçirib axırda 21 yaşlıların baş məşqçisi olmuşdu. Qovdular. Almaniyaya 0:7 uduzandan sonra deyib ki, “məşqçidə günah görmürəm”. Gördüyü bu gün quyruğu qapı arasında olan “böyük adam”ın “zakaz”ıyla milliyə “bayraqsızlar”ı yığmaq olub. Hə, bir də haqqını yeməyək, İslam Oyunlarını qazanıb. Azad Kərimov və Elnur Cəfərovla birgə. Elnur Cəfərovu tanıyırsızmı? Birləşib jurnalisti döymək istəyən “trio”nun üzvüdü. Bəxti gətirib. Həmkarımı deyirəm. Elnurun ayağı güclüdü axı.
Hacı İlqarı tanıyırsızmı? Qarabağ qazisidi. Bədəni qəlpələrlə doludu. Futbolun, Azərbaycanın, millinin fanatıdı. Azərbaycan Polşaya 0:8 uduzandan sonra üstünə təcili tibbi yardım çağırıblar. Ölürmüş əməlli-başlı. İndiyədək Aslan Kərimova nifrət edir. Deyir “o rəzalətdən sonra Aslanı küçədə gülərək gəzən görmüşdüm”. 0:8, aşağılanan Azərbaycan bayrağı, gülən üz. Hacını qınamaq olmur. Görəsən, o Elnur Cəfərovu tanıyırmı? Elnur müharibəsiz şəraitdə, beşulduzlu otellərdə, kef-damaqda gəzən, ən əsası 21-ci əsrdə Almaniyaya 0:7 uduzan millinin əsas üzvüdür. Oyun bitəndən bir gün sonra yeni “inomarka”sının şəklini paylaşıb. Özü ağılda komanda yoldaşları da gülüş, ürək, aşk mesajları veriblər.
Milli 0:7 bayraq günündə uduzmuşdu. O bayraq ki, Alban kilsəsində asılmışdı. O bayraq ki, Murovdağda, Hacının yaralarının üzərində var. Hə, bir də “inomarkalı”, gülüşcüklərlə dolu dostları olan, keçmiş “xəzər lənkəran”lı Elnur Cəfərovun geydiyi, əzilən milli formada.
Elnur Cəfərovları tanıyırsızmı?
 
Sənan Abdullayev rekord.az
Tarix: 12 Noyabr [17:50]
Oxunub: 113 dəfə
Müəllif: Aut.az

Azlıqda qalmaq onları bir az da bərkidir - Qurban Qurbanov

Aut.az

Samir Abasov: “Qarabağ” layiqli qələbə qazandı”

Aut.az

“Qarabağ” “Sumqayıt”a azlıqda qalib gəldi

Aut.az

"Qəbələ" ilə oyunda qazanacağımız 3 xal mənim üçün ən böyük hədiyyə olardı" - Tərlan Əhmədov

Aut.az

Yığmamız Gürcüstanla heç-heçəyə razılaşdı

Aut.az

"Qarabağ" - "Sumqayıt" START HEYƏTLƏR

Aut.az

8-ci turun hakim təyinatları açıqlandı

Aut.az

"Mil-Muğan"la "Zaqatala" qalib gəldi, "Qaradağ Lökbatan"ı dayandıran tapılmır

Aut.az

“Samir Ələkbərov düz deyir, sifarişlər həmişə olub” – Vəli Qasımov

Aut.az

Rusiya mətbuatı Nazimi xatırladı

Aut.az