Elxan Məmmədov kələfin ucunu itirib?

"Kəpəz"də baş verən maliyyə pozuntuları ilə bağlı yeni məqamlar ortaya çıxdıqca, sular durulur, kimlərin "Azərbaycan futbolunun inkişafı, Gəncəyə "böyük futbol"un qayıdışına dəstək" adı altında hansı işlər görməsi aydın olur.

Ataların gözəl bir sözü var: "Boğulan saman çöpündən yapışar". Günahkarlar indi boğulurlar. Rabitəsiz cümlələrlə özlərini təmizə çıxarmağa çalışır, bir-birilərindən imtina edirlər. Həm də təkcə bir-birlərindən yox, öz dedikləri sözlərdən də.

İndi sizə AFFA-nın baş katibi Elxan Məmmədovun qısa müddət ərzində verdiyi iki açıqlamanı təqdim edəcəyik. Bu açıqlamalar arasında cəmi 6 gün fərq var. Diqqətin edin, fərqi özünüz görəcəksiniz.

 
Bakı, 03 noyabr 2017-ci il. Məkan: Bakı Olimpiya Stadionu. AFFA İK-nin toplantısından sonra Elxan Məmmədovun dedikləri. Mənbə: "apasport.az" saytı:
 
"Bu məsələdə söhbət rəqəmlərdən, kiminsə pul götürməsindən getmir. Hər şey şəffaf olaraq açıqlanacaq. İlk növbədə futbol nəticələri bizim tələblərimizə uyğun deyil. Keçən il də "Kəpəz”ə hüquqi baxımdan yoxlama getmişdi. Çalışırıq ki, hər il bunu edək. Mikayıl müəllim "Kəpəz”dən geri çağırıldı. Sonra isə AFFA-nın daxili strukturunda düşündük ki, o, burda kifayət qədər işləyib. Və bu vəzifəni öhdəliyinə götürməyə Firuz Abdulla tam hazırdı. Firuzla görüşüb təklif etdik və qəbul etdi. Biz Nərimanoğlunun son vaxtlar "Kəpəz”də və AFFA-dakı işindən razı deyildik. Ona görə bu qərarı verdik. Mikayıl müəllim bundan sonra komitələrdən birində koordinator kimi çalışacaq. Firuz Abdulla da öz strategiyasını bizə təqdim etməlidi”.
 
Bakı, 09 noyabr 2017-ci il. Məkan: "Dalğa Arena". Azərbaycan və Almaniyanın U-21 komandalarının görüşündən sonra Elxan Məmmədovun dedikləri. Mənbə: "Futbol+" qəzeti:
 
"İnsan işləyib, öz öhdəliklərini düzgün yerinə yetirməyib və vəzifəsindən kənarlaşdırdıq. O cümlədən AFFA-dakı işini də düzgün görməyib. Bu üzdən postundan azad etdik. Jurnalistlər məndən soruşurlar ki, niyə Mikayıl Nərimanoğlu AFFA-da qalıb? İndi sual verirəm, Nərimanoğlunun dəqiq vəzifəsini deyə bilərsiz? Hələlik aydın deyil. Sadəcə, digər komitələrlə əlaqələndirici təyin etdik. Lakin təsdiqlənmədi".

İlk açıqlamada Elxan Məmmədov ciddi heç nəyin baş vermədiyini deyir, sevimli kadrını, özü tərəfindən Gəncəyə göndərilmiş Mikayıl Nərimanoğlunu təmizə çıxarmağa çalışır. Deyir ki, Nərimanoğlunu bir strukturdan digərinə keçiriblər. Köhnə işində yetərincə işləyib. Qərar veriblər ki, komitələrdən birində koordinator kimi çalışsın.

Altı gün sonra vəziyyət ciddiləşib. Artıq cənab Məmmədov özünü xilas etməyin dərdindədi, Nərimanoğludan imtina etməyə hazır görünür. Üstəlik, mətbuatı günahlandırır, jurnalistləri dalana dirəmək üçün Mikayıl Quluyevin yeni işinin adını soruşur. Sözlərinə əlavə edir ki, Mikayıl bəyi koordinat vəzifəsinə təyin ediblər, amma bu təyinat təsdiqlənməyib. 

Məşhur hekayədə deyildiyi kimi, "işlər xayabdı, əybab". Araşdırmalar davam etdikcə, ortaya yeni və ciddi faktlar çıxdıqsa, günahkarların vəziyyəti daha da pisləşəcək. Onda onların dili bundan da pis dolaşacaq, hər şeydən imtina etməyə razı olacaqlar. Kələfin ucu artıq itib!

Amal ABUŞOV  sport7.az
Tarix: 12 Noyabr [13:30]
Oxunub: 224 dəfə
Müəllif: Aut.az

"Neftçi" oynayan günü Xan Şuşinski bilirdi ki, atam heç hara getməyəcək"

Aut.az

"Azərbaycanla futbol yox, sanki həndbol oynayırdıq"

Aut.az

"Sumqayıt"ın futbolçusundan qalmaqallı - FOTO

Aut.az

Ramin Musayev: "Tamamilə uzaqlaşacam futboldan"

Aut.az

“Neftçi” dən qələbə

Aut.az

Gürcüstanla fərqimiz

Aut.az

Yaradılan “şərait”ə görə xərc - “Qəbələ”

Aut.az

AFFA-dan “Sumqayıt”ın cəzasına endirim

Aut.az

“Sabah”da intriqa - Prezidentlə baş məşqçinin qarşıdurması!

Aut.az

“CBC Sport” müqavilə şərtlərinə əməl etmir!

Aut.az