"CBC Sport"un "Xəzridən Xəzriyə" filmi təqdim olundu

Bakı Olimpiya Stadionunun media konfrans otağında "CBC Sport" telekanalının "Xəzridən Xəzriyə” sənədli filminin təqdimat mərasimi keçirilib.
 
Film vaxtilə mövcud olan Buzovnanın "Xəzri” komandasına həsr edilib.
 
Filmin təqdimat mərasimi bir neçə maraqlı məqamla yadda qalıb. Tədbirin iştirakçıları filmi maraqla və həyəcanla izləyib. "Xəzri”nin futbolçuları ürək sözlərini bildiriblər. Nostalji hisslərə görə filmin yaradıcı heyətinə təşəkkür ediblər. 
 
Qeyd edək ki, "Xəzridən Xəzriyə” sənədli filmində 90-cı illərdə Azərbaycanın ən güclü klublarından olan, hətta avrokuboka belə vəsiqə qazanan "Xəzri”nin yaradılmasından fəaliyyətini dayandırmasına qədər ən incə məqamlar əks olunub. Eyni zamanda filmdə Buzovna futbolu ilə bağlı maraqlı anlara yer verilib. Bir çox tanınmış idman və incəsənət xadimlərinin, həmçinin sadə azarkeşlərin maraqlı fikirləri səsləndirilib. Sənədli filmin baş prodüseri Volkan Üst, ssenari müəllifi və quruluşçu rejissoru Azər Cavad Əliyev, müəllifi Əminə Kazımovadır.
 
Tarix: 11 Noyabr [14:30]
Oxunub: 135 dəfə
Müəllif: Aut.az

"Qarabağ"la oyunun bileti 8 avroya

Aut.az

Xorvatiya yığmasına ŞOK! - Komandadan qovuldu

Aut.az

Velosipeddən yıxılıb öldü

Aut.az

Millimizin üzvü Rumıniya klubunda!

Aut.az

Günün oyunları - TV

Aut.az

Günün oyunları - TV

Aut.az

Məşhur döyüşçüyə Rusiya pasportu verildi

Aut.az

Millimizin üzvü İtaliya klubu ilə müqavilə bağladı - FOTOLAR

Aut.az

Elvin Məmmədovun yeni klubu bəlli oldu - Rəsmi

Aut.az

Patrik Vieyra "Nitsa"da

Aut.az