Prezidenti həbsdən azad olundu - Azərbaycanda

Bakı Apellyasiya Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə qərar çıxarılıb. 
 
Hakim Qədim Babayevin icraatında olan prosesdə hakimlər kollegiyasının qərarına əsasən, Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.

V. Zeynalov 2015-ci il oktyabrın 28-da həbs edilib. O artıq cəzasının yarısını çəkmiş sayılır. Namazalı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybalayevə şərti cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu iş üzrə təqsirləndirilənlər - “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və Vidadi Zeynalov 13 il, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, BTRİB-in baş mühasibi Anar Mustafayev 5 il, “Optik Qurğular İdarəsi”MMC-in rəhbəri Emin Məmmədov 10 il, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhrab Hümmətov, Bayram Vəliyevə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar. Onlarla bərabər, “Rabitə” voleybol klubunun prezidenti Cəlil Cəfərov da “dəmir barmaqlıqlar” arasından qurtulub.
Tarix: 8 Noyabr [13:15]
Oxunub: 138 dəfə
Müəllif: Aut.az

Şəhriyarla Teymur heç-heçə etdi

Aut.az

Günün oyunları - TV

Aut.az

Şahmatçılarımızdan heç-heçə

Aut.az

Olimpiya Komitəsi sədrinin müavini oğurlandı

Aut.az

Əzizovun növbəti döyüşü

Aut.az

Azərbaycanda 18 milyon manatlıq Olimpiya İdman Kompleksi yaradıldı

Aut.az

Türkiyəli idmançı bir ilki bacardı

Aut.az

Dmitri Kramarenkonun qızı Bakıda qalib oldu

Aut.az

Ən çox qazanan futbolçu və baş məşqçi bəlli oldu

Aut.az

Azərbaycanlı boksçu "Çelsi"nin sabiq qapıçısı ilə döyüşəcək - FOTO

Aut.az