3 qat Avropa çempionu olan azərbaycanlı şahmatçı polis zabitidir

Oktyabrın 28-dən noyabrın 6-dək Yunanıstanın Krit adasında keçirilən klublararası komanda çempionatında qalib gələn Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının üzvü Rauf Məmmədov polis baş leytenantı imiş.
 
R.Məmmədov Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman Təlimi şöbəsinin inspektoru, polis baş leytenantıdır.
 
Bildirilir ki, R.Məmmədov şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildən qrossmeysterdir. O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Şahmat üzrə milli komandaların Avropa çempionatında qızıl medal, daha öncə, 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynovla birgə çıxış edib. 2009-cu ildə Rauf Texas ştatının Lubbok şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuriy Kuzubov və Dmitry Andreikinlə 1-3-cü yerləri bölüşüb. 2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olub. 2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Bitz Çempionatının qalibidir. Üçqat Azərbaycan çempionudur.
 
 
 

Tarix: 7 Noyabr [16:50]
Oxunub: 139 dəfə
Müəllif: Aut.az

Azərbaycanda daun sindroumlulardan ibarət futbol komandası yaradılır - FOTOLAR

Aut.az

Şəhriyar Məmmədyarov ABŞ-a 75 min dollar qazanmağa gedir

Aut.az

Rəsul Çunayevə rütbə verildi - FOTO

Aut.az

Günün oyunları - TV

Aut.az

Serbiyalı oyunçudan türk lirəsinə dəstək

Aut.az

2500 dollar olan biletlər 3 dəqiqəyə satıldı

Aut.az

Azərbaycan millisinin üzvü 31 yaşında karyerasını bitirdi

Aut.az

Yığma komandanı Yay Olimpiya Oyunlarına ölkə ordusu hazırlayacaq - FOTO

Aut.az

PSJ-dən 37 milyon avroluq transfer

Aut.az

III Avropa Oyunları Rusiyada keçirilə bilər

Aut.az