Azərbaycanlı deputat "Real"ın oyununda - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin deputatı Rəfael Hüseynov İspaniyaya səfər ediblər. 

 

Onlar dünən La Liqanın 11-ci turunda keçirilən "Real” – "Las Palmas” (3:0) oyununu "Santyaqo Bernabeu” stadionunda canlı izləyiblər.

 

Bu haqda deputat Rəfael Hüseynov özü məlumat yayıb. 

 

O, şəxsi Feysbuk səhifəsində stadionda çəkilmiş fotolarını paylaşıb. 

 

"2017-ci il noyabrın 5-i. İspaniyada, Madrid şəhərində Real Madrid və UD LAS PALMAS komandalarının oyununu seyr edərkən. Bu matç "Real Madrid”in 3:0 hesablı qələbəsi ilə tamamlandı. Stadionun ağzına qədər dolu olması mənimçün təccüblü deyildi. Çünki onu hiss etdim ki, burada camaat sadəcə bir idman yarışını seyr etməyə deyil, sanki bir gözəl teatr tamaşasına baxmağa gəlir. Amma niyə "sanki"? Elə həqiqətdə də bu səviyyəli oyunların hər biri tamaşadır ki var! Daha maraqlısı o idi ki, bu qədər insanın oyundan sonra stadionu tərk etməsi necə dəqiq tənzimlənərək təşkil edilir və insanlar da nə qədər asudə, tələsmədən, bir-binə mane olmadan, basırıqsız, zərrəcə narahatlıq duymadan 2 saatlıq istirahətdən sonra evlərinə qayıdırlar”.

 

Tarix: 6 Noyabr [18:00]
Oxunub: 298 dəfə
Müəllif: Aut.az

FIFA-nın səfiri "Qalatasaray"a görə Türkiyəyə gəldi - FOTOLAR

Aut.az

Ronaldonun çəkisi görənləri şoka saldı - FOTOLAR

Aut.az

Qadın futbolçu gözəlliyi ilə göz qamaşdırır - FOTOLAR

Aut.az

Futbolçusunun arvadı da "Neftçi"dən narazıdı - FOTOLAR

Aut.az

Futbol qətliamı - 3 ölü, 12 yaralı - FOTOLAR

Aut.az

"Qarabağ" bu stadionda oynayacaq - FOTOLAR

Aut.az

Meydana azarkeş girdi - FOTOLAR

Aut.az

"Traktor"un forma təqdimatında təbrizli xanımlar - FOTOLAR

Aut.az

Milli üzvləri faciəvi şəkildə öldü - FOTOLAR

Aut.az

Məşhur idmançının romantik istirahəti - FOTOLAR

Aut.az